2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan
Respublikasının Milli Məclisinə
seçkilərdə Mərkəzi Seçki
Komissiyasına daxil olmuş
11 fevral 2020-ci il tarixli 1652 saylı müraciətə
baxılması barədə
Azərbaycan Respublikası
Mərkəzi Seçki
Komissiyasının Qərarı
Qərar 23/131
ATƏT-in Demokratik
Təsisatlar və İnsan Hüquqları Bürosunun Seçki Müşahidə Missiyasının
rəhbəri səfir
Peter Teyler 2020-ci il fevralın 11-də Azərbaycan
Respublikasının Mərkəzi
Seçki Komissiyasına
(Mərkəzi Seçki
Komissiyası) müraciət
edərək həmin
missiyanın üzvü
Aygün Attarın akkreditasiyasının ləğv
edilməsini xahiş etmişdir.
Müşahidə missiyası
rəhbərinin müraciəti
təmin edilməli, həmin missiyanın üzvü Aygün Attara Mərkəzi Seçki Komissiyası tərəfindən verilmiş
30 yanvar 2020-ci il tarixli 565 saylı lövhəcik etibarsiz hesab edilməlidir.
Yuxarıda göstərilənləri
əsas götürərək,
Mərkəzi Seçki
Komissiyası Seçki
Məcəlləsinin 19.4-cü və 28.2-ci maddələrinə
əsasən qərara
alır:
1. ATƏT-in Demokratik
Təsisatlar və İnsan Hüquqları Bürosunun Seçki Müşahidə Missiyası
rəhbərinin Mərkəzi
Seçki Komissiyasına
ünvanladığı 11 fevral 2020-ci il tarixli 1652 saylı müraciəti təmin edilsin, Mərkəzi Seçki Komissiyası tərəfindən Aygün
Attara verilmiş 30 yanvar 2020-ci il tarixli 565 saylı lövhəcik etibarsiz hesab edilsin.
2. Bu Qərar
dərc edildiyi gündən qüvvəyə
minir.
Sədr Məzahir
Pənahov
Katib Arifə
Muxtarova
Katib Mikayıl Rəhimov
13.02.2020
Azərbaycan.- 2020.- 14 fevral.-
S.3.