2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan
Respublikasının Milli Məclisinə
seçkilərdə Mərkəzi Seçki
Komissiyasına daxil olmuş
11 fevral 2020-ci il tarixli 70 saylı müraciətə
baxılması barədə
Azərbaycan Respublikası
Mərkəzi Seçki
Komissiyasının Qərarı
Qərar 23/143
2020-ci il fevralın 9-da keçirilmiş
Azərbaycan Respublikasının
Milli Məclisinə seçkilərdə 14 saylı
Xəzər seçki
dairəsi üzrə
qeydə alınmış
namizəd Qafarov Abid Abdin oğlu
2020-ci il fevralın
11-də Mərkəzi Seçki
Komissiyasına yazılı
müraciət edərək
səsvermə günü
həmin seçki dairəsinin seçki məntəqələrində qanun
pozuntularının olduğunu
iddia etmiş və bununla bağlı müvafiq tədbirlərin görülməsini
xahiş etmişdir.
Müraciət Azərbaycan
Respublikası Seçki
Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və
"Azərbaycan Respublikasının
Mərkəzi Seçki
Komissiyasına və dairə seçki komissiyalarına seçki
hüquqlarının pozulması
ilə əlaqədar
şikayət və müraciətlərin verilməsi
və onlara baxılması qaydaları
haqqında Təlimat”ın
tələblərinə uyğun
olaraq Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının
nəzdində ekspert qrupunun üzvü tərəfindən nəzərdən
keçirilmiş, müraciətin
aidiyyət qaydalarının
pozulması ilə daxil olmasına dair rəy verilmiş
və Mərkəzi Seçki Komissiyasının
iclasında baxılmışdır.
Seçki Məcəlləsinin tələbinə
görə iddia olunan qanun pozuntuları
ilə bağlı müraciətlər ilkin olaraq dairə seçki komissiyasına verilməli, həmin müraciət üzrə
dairə seçki komissiyasının qəbul
etdiyi qərardan, hərəkətdən (hərəkətsizlikdən)
Mərkəzi Seçki
Komissiyasına şikayət
verilə bilər.
Seçki Məcəlləsinin 112-1.12-ci maddəsinə
görə müraciət
aidiyyət qaydalarının
pozulması ilə daxil olmuşdursa, onda həmin müraciətin aidiyyəti
üzrə göndərilməsinə
dair qərar qəbul edilməlidir.
Yuxarıda göstərilənləri
əsas götürərək,
Azərbaycan Respublikasının
Mərkəzi Seçki
Komissiyası Azərbaycan
Respublikası Seçki
Məcəlləsinin 19.4-cü, 28.2-ci,
112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyasına
və dairə seçki komissiyalarına
seçki hüquqlarının
pozulması ilə əlaqədar şikayət
və müraciətlərin
verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 4-cü hissəsinə
əsasən qərara
alır:
1. 14 saylı Xəzər seçki dairəsi üzrə qeydə alınmış
namizəd Qafarov Abid Abdin oğlunun
Mərkəzi Seçki
Komissiyasına daxil olmuş 11 fevral 2020-ci il tarixli
70 saylı müraciəti
araşdırılması üçün
aidiyyəti üzrə
həmin seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.
2. Bu Qərar
dərc edildiyi gündən qüvvəyə
minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
13.02.2020
Azərbaycan.- 2020.- 14 fevral.-
S.4.