“Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar” mövzusunda beynəlxalq konfrans
davam edir
Azərbaycan Dövlət
İqtisad Universiteti
(UNEC) və Azərbaycan
Respublikası İqtisadiyyat
Nazirliyinin təşkilatçılığı,
Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Çinin "Bir kəmər, bir yol” Elm və
Texnologiya Alyansının
dəstəyi ilə
"Rəqəmsal iqtisadiyyat:
müasir çağırışlar
və real imkanlar” mövzusunda beynəlxalq konfrans davam edir.
AZƏRTAC xəbər
verir ki, konfransın ikinci günü 7 bölmə
- "Dövlət idarəetməsinin
rəqəmsal transformasiyası”,
"Rəqəmsal əməkdaşlığa
regional baxış”, "Maliyyə
sektorunun rəqəmsallaşması”,
"Sosial sahələrin
və təhsilin rəqəmsal transformasiyası”,
"Rəqəmsal transformasiyada
texnoloji, humanitar və etik problemlər”,
"Rəqəmsal valyutalar
və elektron ticarət: potensial risklər və faydalar”, "Ağıllı
şəhər: beynəlxalq
təcrübə” üzrə
məruzələr dinləniləcək,
müzakirələr aparılacaq.
Xatırladaq ki, konfransın keçirilməsində məqsəd rəqəmsal iqtisadiyyatın müasir vəziyyəti və onun inkişafını zəruri edən amillərin araşdırılması, perspektivlərin müzakirəsi, proqnozlaşdırılması, rəqəmsal idarəetmə sahəsində qabaqcıl fikirlərin bölüşdürülməsidir.
Konfransa 19 ölkədən nümayəndə qatılıb, 95 xarici olmaqla 22 ölkədən 215 məqalə təqdim edilib.
Beynəlxalq
konfransa Dünya
Bankı, Asiya İnkişaf
Bankı, İslam İnkişaf
Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, ABŞ-ın Linkoln Universiteti,
Fransanın Monpelye Universiteti,
Türkiyənin İstanbul Universiteti, Belarus Dövlət
İqtisad Universiteti,
Litvanın Mikolas Romeris
Universiteti, Yunanıstanın Qərbi Makedoniya Universiteti,
TİKA – Türkiyə İş
Adamları Əməkdaşlıq və Əlaqələndirmə
Agentliyi, Türk
Dünyası İqtisadçılar Birliyi,
İsrail-Azərbaycan Ticarət və Sənaye Palatası, Klariveyt Analitks və
Rusiyanın Y.T. Qaydar adına İqtisadi Siyasət İnstitutu
tərəfdaşlıq edir.
Azərbaycan.- 2020.- 14 fevral.- S.7.