“Ötən
ilin son gecəsi”nin nağılı
Dost itkisinə yazılan elegiyada Azərbaycan polisinin fəaliyyətindən
söz açılır
Dövlətin və xalqın keşiyində ayıq-sayıq
duran polisi qışın şaxta-ayazında,
qarında, çovğununda,
boranında səngərdə
dayanan əsgərə
bənzədənlər səhv
etməyiblər. Lakin etiraf edək
ki, heç də həmişə polisin əziyyəti, vətənə, dövlətə
xidməti layiqincə
işıqlandırılmayıb. Belə ki, onlar layiq
olduqları səviyyədə
ictimaiyyətə təqdim
edilməyiblər. Bununla yanaşı,
son illər Azərbaycan
polisinin şərəfli
xidməti barədə
maraqlı, xoşsoraqlı
yazılara da ara-sıra rast gəlinir.
Geniş oxucu auditoriyasına yenicə çıxarılan
bir nəşrdə isə Azərbaycan polisinin şəxsiyyəti
ilə əməli fəaliyyəti lakonik, tutarlı, nümunəvi faktlarla əks etdirilir. "Ötən ilin
son gecəsi-9 fevral” adlanan
bu kitaba ön söz yazan filologiya üzrə fəlsəfə
doktoru, Əməkdar jurnalist, şair-tədqiqatçı
Adil Cəmil haqlı olaraq əsəri dost itkisinə
elegiya adlandıraraq qeyd edir ki,
ağır həyati sınaqlardan, döyüş
meydanlarından sağ-salamat
çıxan yenilməz
bir insanın qəfil xəstəlikdən
dünyasını dəyişməsi
bu hekayəti qələmə alan Rahib Qarayevi bəlkə də hamıdan çox (mərhumun ailəsi istisna olmaqla) sarsıdır: "Otuz ildən artıq ünsiyyətdə olduğun,
"can deyib-can eşitdiyin”,
bir məktəbdə
oxuduğun, bir yolu qoşa getdiyin, eyni məramlı, eyni düşüncəli əzizini
itirməyin nə demək olduğunu belə itkilərə məruz qalanlar bilər...”
Əsərin qəhrəmanını
isə müəllif belə təqdim edir: "Daxili işlər orqanlarında
33 illik xidməti dövründə Şükür
Mehtiyev həmişə
polis andına, vətəninə,
xalqına, dövlətinə
sədaqətlə xidmət
etmiş, sonuncu iş yeri olan
Daxili İşlər
Nazirliyinin Baş Narkotiklərlə Mübarizə
İdarəsində çalışarkən
dəfələrlə ölkə
xaricində keçirilən
beynəlxalq tədbirlərdə
Azərbaycanı ləyaqətlə
təmsil etmişdir. Xidmət müddətində
"Daxili İşlər
orqanlarında qüsursuz
xidmətlərinə görə”
medalının hər
3 dərəcəsinə, 2013-cü ildə isə cinayətkarlığa qarşı
mübarizədə, ictimai
qaydanın qorunması,
xidməti vəzifələrin
və xüsusi tapşırıqların yerinə
yetirilməsində fərqləndiyinə
görə Azərbaycan
Respublikasının Prezidenti
cənab İlham Əliyevin sərəncamına
əsasən, "Vətən
uğrunda” medalı ilə təltif edilmişdir”.
Nəfis tərtibatla
oxuculara təqdim olunan kitabda illərin və nəsillərin sınağından
çıxmış dost sevgisini,
etibarını qazanmağın
asan olmadığını
ustalıqla qələmə
alan müəllifin
onun itkisinə də yanaşması düşündürücü və təsirlidir. Publisist düşüncələrin tarixi
xronologiya ilə vəhdət təşkil
etdiyi kitabda vətəninə, dövlətinə
sadiq, səmərəli
və nümunəvi xidmət göstərmiş
bir nəfərin şəxsində Azərbaycan
polisinin ümumi obrazı yaradılır.
Bədii
sözlə yaradılan
həmin obrazı görmək üçün
iki dildə (Azərbaycan və rus) buraxılan "Ötən ilin son gecəsi-9
fevral” kitabını sadəcə vərəqləmək
yox, diqqətlə oxumaq lazımdır.
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.- 2020.- 14 fevral.- S.8.