Birinci vitse-prezident Mehriban
Əliyeva yunan-Roma güləşi
üzrə milli komandamızın üzvlərini
təbrik edib
Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti Mehriban Əliyeva İtaliyanın paytaxtı
Romada keçirilən
Avropa çempionatında
2 qızıl və 4
bürünc medal qazanan
yunan-Roma güləşi
üzrə milli komandamızın üzvlərini
rəsmi “Instagram” səhifəsində təbrik
edib.
AZƏRTAC xəbər
verir ki, Birinci vitse-prezidentin bununla bağlı paylaşımında deyilir:
“İdman sahəsində
növbəti böyük
uğurumuz! İtaliyanın
paytaxtı Romada keçirilən Avropa çempionatında yunan-Roma
güləşi üzrə Azərbaycan millisi
tarixində ilk dəfə 6 medal qazanaraq komanda hesabında ikinci
yerdə qərarlaşıb. Bu möhtəşəm qələbə
sevincini Azərbaycan xalqına yaşadan idmançılarımızı -
qızıl medal sahibləri Sənan Süleymanovu və Rafiq Hüseynovu, bürünc medal sahibləri Eldəniz Əzizlini, Murad Bazarovu, Ülvi Qənizadəni və İslam
Abbasovu və onların məşqçilərini
səmimi-qəlbdən təbrik edir,
onlara yeni-yeni nailiyyət
və qələbələr arzulayıram”.
Azərbaycan.- 2020.- 14 fevral.- S.1.