Azərbaycan “hamının hamıya” prinsipi
ilə bütün əsir və
girovların dəyişdirilməsini vacib
hesab edir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Peter Maurer ilə görüşüb.
AZƏRTAC-ın
xüsusi müxbiri xəbər
verir ki,
görüşdə dövlətimizin
başçısı Ermənistan tərəfindən girovluqda saxlanılan azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov
və Şahbaz Quliyevin
azad olunmasının, bu
istiqamətdə səylərin artırılmasının vacibliyini qeyd etdi. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsi
kontekstində humanitar əsaslarda
"hamının hamıya” prinsipi ilə
bütün əsir və girovların dəyişdirilməsinin
vacibliyini vurğuladı.
Azərbaycan.- 2020.- 15 fevral.- S.2.