Azərbaycan Prezidentinin köməkçisi
Türkiyənin NTV kanalına müsahibəsində Ermənistan-Azərbaycan
münaqişəsindən danışıb
Türkiyənin nüfuzlu NTV kanalı Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müsahibəsini yayıb.
AZƏRTAC xəbər verir ki, müsahibədə türkdilli tamaşaçılara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövcud vəziyyət barədə məlumat verilir. Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından ötən ili münaqişənin həlli baxımından itirilmiş il kimi dəyərləndirən Azərbaycan Prezidentinin köməkçisi diqqətə çatdırıb ki, təcavüzkar ölkə üzdə özünü sülh tərəfdarı kimi göstərməyə çalışsa da, əslində, işğalçılıq siyasətindən əl çəkmir.
Birləşmiş
Millətlər Təşkilatının Təhlükəsizlik
Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə
bağlı qətnamələrini xatırladan Hikmət
Hacıyev vurğulayıb ki,
Dağlıq Qarabağ münaqişəsi
yalnız mərhələli qaydada həllini
tapmalıdır. Çünki bu münaqişənin ortaya
çıxardığı və həllini gözləyən
mühüm məqamlar var.
Bunun üçün,
ilk növbədə,
işğalçı Ermənistanın hərbi qüvvələri
Dağlıq Qarabağ da
daxil olmaqla, işğal altında saxlanılan bütün Azərbaycan ərazilərini tərk
etməlidir. Sonra bu bölgələrdən məcburi
köçkün azərbaycanlılar öz yerlərinə qayıtmalıdırlar.
Əgər bu baş
verərsə, BMT Təhlükəsizlik Şurasının 4
qətnaməsi hüquqi cəhətdən
həyata keçirilmiş olar.
Azərbaycan.-
2020.- 15 fevral.- S.4.