Əhalinin sosial
rifah halını
yaxşılaşdırmaq Azərbaycanda həyata keçirilən
islahatların əsas hədəfidir
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin fevralın 15-də Münxendə
Dünya Bankının icraçı direktoru Aksel van
Trotsenburq ilə görüşü olub.
Dünya Bankının
icraçı direktorunu salamlayan Prezident İlham Əliyev
dedi:
– Bu görüş gələcək əməkdaşlığımız haqqında danışmaq üçün yaxşı fürsətdir. İndiyədək tərəfdaşlığımız çox uğurlu olmuşdur. Uzun illərdir ki, bizə göstərdiyiniz dəstəyə görə sizə minnətdarıq. Bildiyiniz kimi, iqtisadiyyatımız indi transformasiya dövrünü yaşayır və əsas prioritet iqtisadiyyatın şaxələndirilməsidir. Buna görə də biz indi sizinlə çox önəmli özünüməşğulluq layihəsi üzərində və digər layihələr üzərində işləyirik. Ümidvarıq ki, bu məhsuldar əməkdaşlıq gələcəkdə də uğurla davam edəcək.
İcraçı direktor
Aksel van Trotsenburq:
– Çox sağ olun,
cənab Prezident. Əvvəlcə, Azərbaycanın Beynəlxalq İnkişaf
Assosiasiyasının donor ölkəsi
olduğu üçün
Sizə təşəkkürümü
bildirmək istəyirəm.
Siz də bildiyiniz kimi, əvvəllər Azərbaycan bizim güzəştli maliyyələşmə
pəncərəsindən faydalanmışdır.
Hesab edirəm ki, bir ölkənin burada aparıcı rol oynaması, sonra isə yoxsul ölkələrlə
həmrəy olan ölkələr klubuna qoşulması bir uğur hekayəsidir.
Sizin 5 milyon dollar məbləğində
töhfəniz çox
yüksək qiymətləndirilmişdir.
Çünki hesab edirəm
ki, bununla biz sonda bəzi ölkələrin hələ
də uzun yol qət etmək
məcburiyyətində olduqlarına
işarə etməsini
unutmamalıyıq. Lakin ölkənizin
timsalında siz artıq bu fazanı
geridə qoymusunuz və ölkəniz yeni çağırışlarla
üz-üzədir. Biz
çox məmnunuq ki, Sizinlə bu məsələlər üzərində işləmək
imkanına malikik.
Hesab edirik ki, gələcək
əməkdaşlıq üçün
xüsusilə Mərkəzi
Asiya önəmli bir bölgədir.
Prezident İlham
Əliyev: Çox sağ olun.
Hesab edirəm ki, müstəqilliyin ilk illərində
Dünya Bankından və başqa beynəlxalq maliyyə təşkilatlarından çoxlu
maliyyə dəstəyi
əldə etmiş Azərbaycanın indi donor
ölkəyə çevrilməsi
çox rəmzi xarakter daşıyır.
Hesab edirik ki, bu,
indi bizim öhdəliyimizdir, çünki
biz də hazırda dəstəyə ehtiyacı
olanların vəziyyətində
olmuşuq. Biz pul, resurs olmadıqda,
təqribən 50 faiz ətrafında yoxsulluq olduqda bunun nə
qədər çətin
olduğunu bilirik.
Buna görə də həyata keçirdiyimiz islahatların
əsas hədəfi iqtisadi inkişaf vasitəsilə əhalinin
sosial rifah halını artırmaqdan
ibarətdir. İndi isə
əhalimiz arasında
yoxsulluq həddində
yaşayanların sayının
5 faizdən aşağı
olması, düşünürəm
ki, bəzi digər ölkələr
üçün də
yaxşı nümunədir.
Bu, onu göstərir
ki, yoxsulluq bununla barışaraq ömürlük yaşayacağınız
bir şey deyil. Əgər siz xarici investisiyalar
üçün açıqsınızsa,
əgər siz maliyyə institutları ilə konstruktiv şəkildə işləyirsinizsə,
əgər sizin inkişafa dair aydın baxışınız
varsa bir gün siz bunun
öhdəsindən gələcək
və donor ölkəyə,
iqtisadi və sosial vəziyyəti sabit olan bir
ölkəyə çevriləcəksiniz.
Buna görə bir daha sizə
davamlı dəstəyinizə,
nəinki Azərbaycan,
eyni zamanda, Avropanın enerji təhlükəsizliyi üçün
önəmli olan “Cənub Qaz Dəhlizi” layihəsinin icrasına göstərdiyiniz
dəstəyə görə
minnətdarlığımı ifadə etmək istəyirəm. Biz ümidvarıq ki, gələcəkdə bir
çox digər sahələrdə məhsuldar
əməkdaşlığımız davam edəcək.
* * *
Söhbət zamanı qeyd olundu ki,
Azərbaycan yoxsulluğun əsaslı
şəkildə azaldılmasına görə dünyada aparıcı ölkələrdən
biridir.
Azərbaycan.-
2020.- 16 fevral.- S.3.