Litva
Respublikasının Prezidenti Zati-aliləri cənab Gitanas Nausedaya
Hörmətli cənab Prezident,
Litva Respublikasının milli
bayramı münasibətilə Sizi və dost Litva
xalqını Azərbaycan xalqı adından və şəxsən
öz adımdan ürəkdən təbrik edirəm.
Azərbaycan-Litva dostluq münasibətlərinin
bugünkü səviyyəsi məmnunluq doğurur.
İnanıram ki, bu münasibətlərin bütün sahələrdə
qarşılıqlı faydalı şəkildə genişlənməsi
bundan sonra da xalqlarımızın mənafelərinə xidmət
edəcəkdir.
Belə bir əlamətdar gündə
Sizə möhkəm cansağlığı, işlərinizdə
uğurlar, xalqınıza sülh və rifah arzulayıram.
Hörmətlə,
İlham
Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
13 fevral 2020-ci il.
Azərbaycan. - 2020.- 16 fevral.- S.4.