Heydər Əliyev Mərkəzində xüsusi
qayğıya ehtiyacı olan uşaqlar üçün
II “Fərqli Fərdlər” Konqresi keçirilir
Fevralın 15-də Heydər
Əliyev Mərkəzində xüsusi qayğıya
ehtiyacı olan uşaqlar üçün II “Fərqli Fərdlər”
Konqresi öz işinə başlayıb.
“Fərqli Fərdlər” konqresi Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Heydər Əliyev Mərkəzinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət komitəsinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və “Regional inkişaf” İctimai Birliyinin (RİİB) dəstəyi ilə keçirilir.
Bu il
konqresin mövzusu autizmdir. “Fərqli
Fərdlər” Konqresi
ictimaiyyətin diqqətini
autizm mövzusuna maksimum dərəcədə
yönəltmək və
valideyn, mütəxəssis
və pedaqoqlar arasında dialoq quraraq, dövlət tərəfindən müəyyən
edilmiş inklüziv cəmiyyətin genişləndirilməsi
təmayülünü dəstəkləmək
nəzərdə tutulub.
Konqresin məruzəçiləri qismində
tanınmış beynəlxalq
və yerli mütəxəssislər, autizimli
uşaqların valideynləri,
eləcə də öz həyat və uğur tarixçələrini danışacaq
autizm diaqnozlu insanlar çıxış
edirlər.
Keçənilki konqresdən
sonra alınan çoxsaylı sorğuları
nəzərə alaraq
bu il
xüsusi qayğıya
ehtiyacı olan şəxslərin sosial və təhsil məsələləri ilə
əlaqədar sualları
cavablandırmaq üçün
“Fərqli Fərdlər”də
Təhsil Nazirliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “DOST” Agentliyinin əməkdaşlarının fəaliyyət
göstərdiyi stendlər
yaradılıb.
Bu il
konqresin işinə
Regional İnkişaf İctimai
Birliyinin (RİİB) könüllüləri
də kömək edirlər. Konqresin gedişatında könüllülər digər
beynəlxalq tədbirlərdə
də istifadə edə biləcəkləri
konkret bilik, dəyərli təcrübə
və bacarıqlar əldə edirlər.
"Fərqli
Fərdlər" Konqresinin
təşkilatçıları “Caspian
Event Organisers” (ceo.az) şirkəti
və “Edutainment.az” təhsil
strukturudur. Konqresə təşkilati dəstək
verənlər və tərəfdaşlar arasında
“Birgə və sağlam” İctimai Birliyi də yer alır. “Caspian Event Organisers” şirkəti üçün
"Fərqli Fərdlər"
konqresi sosial layihədir. Şirkətin tərəfdaş və sponsorları sahəsində
yığılmış bütün
vəsaitlər autizimli
uşaqlara dəstək
məqsədilə “Birgə
və sağlam” İctimai Birliyinə təqdim olunur. Həmçinin konqresin rəsmi
saytında ianə vasitəsi ilə autizmli uşaqların reabilitasiyasına dəstək
olmaq üçün
xüsusi xana yaradılıb.
“Fərqli
Fərdlər” konqresinin
baş tərəfdaşı
qismində “BP” şirkəti
çıxış edir. Tədbir,
həmçinin “Holcim
Azerbaijan”, “BestComp Group”, “ACE Group
Consultants”, “Art Trio”, “Credo Group”, “CTS Translation”, “Maxoffset”, “Konfrans Services”,
“158taxi”, Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
“DOST” Agentliyi və Milli Hematologiya və Transfuziologiya Mərkəzi kimi şirkət və strukturlar tərəfindən
dəstəklənir.
II "Fərqli
Fərdlət" konqresi
fevralın 16-da bitəcək.
Azərbaycan.-
2020.- 16 fevral.- S.4.