Mərkəzi Seçki
Komissiyasının növbəti iclası keçirilib
Məzahir Pənahovun sədrliyi ilə fevralın 15-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
İclasda Azərbaycan Respublikasının Milli Məclisinə 2020-ci il fevralın 9-da keçirilmiş seçkilərlə bağlı MSK-ya daxil olan müraciətlərə baxılıb. Seçki qanunvericiliyində nəzərdə tutulmuş müddətdə və qaydada iclasa çıxarılan müraciətlər geniş müzakirə edildikdən sonra müvafiq qərarlar qəbul olunub. Komissiya seçkilərlə əlaqədar müxtəlif mənbələr üzrə başlatdığı geniş, hərtərəfli və şəffaf araşdırma prosesi istiqamətindəki qəti mövqeyini və qərarlılığını bir daha bildirərək, ictimaiyyət nümayəndələrini və kütləvi informasiya vasitələrini bu işdə yaxın əməkdaşlığa səsləyib.
Seçkilərin
müşahidəsinə qatılan beynəlxalq təşkilatların
və kütləvi informasiya informasiya vasitələrinin nümayəndələrinin
iştirak etdiyi iclasda cari məsələlərə
də baxılıb.
Azərbaycan.-
2020.- 16 fevral.- S.4.