2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan
Respublikasının Milli Məclisinə
seçkilərdə Mərkəzi Seçki
Komissiyasına daxil olmuş
12 fevral 2020-ci il tarixli 105 saylı müraciətə
baxılması barədə
Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
Qərar
24/165
2020-ci il fevralın 9-da
keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə
(Milli Məclis) seçkilərdə 94 saylı Bərdə kənd
seçki dairəsi üzrə qeydə alınmış
namizəd Əhmədli Dadaş Rəşid oğlu 12 fevral
2020-ci ildə Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyasına (Mərkəzi Seçki
Komissiyası) yazılı müraciət edərək həmin
seçki dairəsinin seçki məntəqələrində
qanun pozuntularına yol verildiyini iddia etmiş, bu pozuntuların
araşdırılmasını və bununla bağlı
müvafiq tədbirlərin görülməsini xahiş
etmişdir.
Müraciət Azərbaycan
Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi)
112-ci və 112-1-ci maddələrinə və "Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyasına və
dairə seçki komissiyalarına seçki
hüquqlarının pozulması ilə əlaqədar
şikayət və müraciətlərin verilməsi və
onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə
uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində
ekspert qrupunun üzvü tərəfindən nəzərdən
keçirilmiş, müraciətin aidiyyət
qaydalarının pozulması ilə daxil olmasına dair rəy
verilmiş və Mərkəzi Seçki Komissiyasının
iclasında baxılmışdır.
Seçki Məcəlləsinin tələbinə
görə iddia olunan qanun pozuntuları ilə bağlı
müraciətlər ilkin olaraq dairə seçki
komissiyasına verilməli, həmin müraciət üzrə
dairə seçki komissiyasının qəbul etdiyi qərardan,
hərəkətdən (hərəkətsizlikdən) Mərkəzi
Seçki Komissiyasına şikayət verilə bilər.
Seçki Məcəlləsinin
112-1.12-ci maddəsinə görə müraciət aidiyyət
qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin
müraciətin aidiyyəti üzrə göndərilməsinə
dair qərar qəbul edilməlidir.
Yuxarıda göstərilənləri
əsas götürərək, Mərkəzi Seçki
Komissiyası Seçki Məcəlləsinin 19.4-cü,
28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyasına və
dairə seçki komissiyalarına seçki hüquqlarının
pozulması ilə əlaqədar şikayət və
müraciətlərin verilməsi və onlara baxılması
qaydaları haqqında Təlimat”ın 4-cü hissəsinə
əsasən qərara alır:
1. 94 saylı Bərdə kənd
seçki dairəsi üzrə qeydə alınmış
namizəd Əhmədli Dadaş Rəşid oğlunun Mərkəzi
Seçki Komissiyasına daxil olmuş 12 fevral 2020-ci il tarixli
105 saylı müraciəti araşdırılması
üçün aidiyyəti üzrə həmin seçki
dairəsinin dairə seçki komissiyasına göndərilsin.
2. Bu Qərar dərc edildiyi
gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
15.02.2020
Azərbaycan.-
2020.- 16 fevral.- S.5.