2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan
Respublikasının Milli Məclisinə
seçkilərdə Mərkəzi Seçki
Komissiyasına daxil olmuş
12 fevral 2020-ci il tarixli 113 saylı müraciətə
baxılmasına dair
Azərbaycan Respublikası
Mərkəzi Seçki
Komissiyasının Qərarı
Qərar 24/174
2020-ci il fevralın 9-da keçirilmiş
Azərbaycan Respublikasının
Milli Məclisinə (Milli Məclis) seçkilərdə 61 saylı
Neftçala seçki
dairəsi üzrə
qeydə alınmış
namizəd Məlikov Soltanhəmid Hilal oğlu 2020-ci il fevralın 12-də Azərbaycan
Respublikasının Mərkəzi
Seçki Komissiyasına
(Mərkəzi Seçki
Komissiyası) yazılı
müraciət edərək
həmin seçki dairəsinin seçki məntəqələrində qanun
pozuntularına yol verildiyini iddia etmiş, bu pozuntuların araşdırılmasını
və bununla bağlı müvafiq tədbirlərin görülməsini
xahiş etmişdir.
Müraciət Azərbaycan
Respublikası Seçki
Məcəlləsinin (Seçki
Məcəlləsi) 112-ci və
112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyasına
və dairə seçki komissiyalarına
seçki hüquqlarının
pozulması ilə əlaqədar şikayət
və müraciətlərin
verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə
uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində
ekspert qrupunun üzvü tərəfindən
nəzərdən keçirilmiş,
müraciətin aidiyyət
qaydalarının pozulması
ilə daxil olmasına dair rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının
iclasında baxılmışdır.
Seçki Məcəlləsinin tələbinə
görə iddia olunan qanun pozuntuları
ilə bağlı müraciətlər ilkin olaraq dairə seçki komissiyasına verilməli, həmin müraciət üzrə
dairə seçki komissiyasının qəbul
etdiyi qərardan, hərəkətdən (hərəkətsizlikdən)
Mərkəzi Seçki
Komissiyasına şikayət
verilə bilər.
Seçki Məcəlləsinin 112-1.12-ci maddəsinə
görə müraciət
aidiyyət qaydalarının
pozulması ilə daxil olmuşdursa, onda həmin müraciətin aidiyyəti
üzrə göndərilməsinə
dair qərar qəbul edilməlidir.
Yuxarıda göstərilənləri
əsas götürərək
Mərkəzi Seçki
Komissiyası Seçki
Məcəlləsinin 19.4-cü, 28.2-ci,
112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyasına
və dairə seçki komissiyalarına
seçki hüquqlarının
pozulması ilə əlaqədar şikayət
və müraciətlərin
verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 4-cü hissəsinə
əsasən qərara
alır:
1. 2020-ci il fevralın 9-da keçirilmiş
Milli Məclisə seçkilərdə 61 saylı
Neftçala seçki
dairəsi üzrə
qeydə alınmış
namizəd Məlikov Soltanhəmid Hilal oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 12 fevral 2020-ci il tarixli 113 saylı müraciəti aidiyyəti
üzrə araşdırılması
üçün həmin
seçki dairəsinin
dairə seçki komissiyasına göndərilsin.
2. Bu Qərar
dərc edildiyi gündən qüvvəyə
minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
15.02.2020
Azərbaycan.- 2020.- 16 fevral.- S.6.