2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan
Respublikasının Milli Məclisinə
seçkilərdə Mərkəzi Seçki
Komissiyasına daxil olmuş
12 fevral 2020-ci il tarixli 106 saylı müraciətə
baxılması barədə
Azərbaycan Respublikası
Mərkəzi Seçki
Komissiyasının Qərarı
Qərar 24/181
2020-ci il fevralın 9-da keçirilmiş
Azərbaycan Respublikasının
Milli Məclisinə seçkilərdə 15 saylı
Yasamal birinci seçki dairəsi üzrə qeydə alınmış namizəd
Quliyev Azər Həmid oğlu 2020-ci il fevralın 12-də Mərkəzi Seçki Komissiyasına yazılı
müraciət edərək
səsvermə günü
həmin seçki dairəsinin seçki məntəqələrində qanun
pozuntularının olduğunu
iddia etmiş və bununla bağlı müvafiq tədbirlərin görülməsini
xahiş etmişdir.
Müraciət Azərbaycan
Respublikası Seçki
Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və
"Azərbaycan Respublikasının
Mərkəzi Seçki
Komissiyasına və dairə seçki komissiyalarına seçki
hüquqlarının pozulması
ilə əlaqədar
şikayət və müraciətlərin verilməsi
və onlara baxılması qaydaları
haqqında Təlimat”ın
tələblərinə uyğun
olaraq Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının
nəzdində ekspert qrupunun üzvü tərəfindən nəzərdən
keçirilərək müraciətin
aidiyyət qaydalarının
pozulması ilə daxil olduğu müəyyən edilərək
bu barədə müvafiq rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.
Seçki Məcəlləsinin tələbinə
görə iddia olunan qanun pozuntuları
ilə bağlı müraciətlər ilkin olaraq dairə seçki komissiyasına verilməli, həmin müraciət üzrə
dairə seçki komissiyasının qəbul
etdiyi qərardan, hərəkətdən (hərəkətsizlikdən)
Mərkəzi Seçki
Komissiyasına şikayət
verilə bilər.
Seçki Məcəlləsinin 112-1.12-ci maddəsinə
görə müraciət
aidiyyət qaydalarının
pozulması ilə daxil olmuşdursa, onda həmin müraciətin aidiyyəti
üzrə göndərilməsinə
dair qərar qəbul edilməlidir.
Yuxarıda göstərilənləri
əsas götürərək,
Azərbaycan Respublikasının
Mərkəzi Seçki
Komissiyası Azərbaycan
Respublikası Seçki
Məcəlləsinin 19.4-cü, 28.2-ci,
112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyasına
və dairə seçki komissiyalarına
seçki hüquqlarının
pozulması ilə əlaqədar şikayət
və müraciətlərin
verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 4-cü hissəsinə
əsasən qərara
alır:
1. 15 saylı Yasamal birinci seçki dairəsi üzrə qeydə alınmış namizəd
Quliyev Azər Həmid oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 12 fevral 2020-ci il tarixli
106 saylı müraciəti
araşdırılması üçün
aidiyyəti üzrə
həmin seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.
2. Bu Qərar
dərc edildiyi gündən qüvvəyə
minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
15.02.2020
Azərbaycan.- 2020.- 16 fevral.- S.6.