2020-ci il fevralın
9-da keçirilmiş Azərbaycan
Respublikasının Milli
Məclisinə seçkilərdə
Mərkəzi Seçki
Komissiyasına daxil olmuş 12 fevral 2020-ci il tarixli 148 saylı müraciətə
baxılmasına dair
Azərbaycan Respublikası
Mərkəzi Seçki
Komissiyasının Qərarı
Qərar 24/210
2020-ci il fevralın 9-da keçirilmiş
Azərbaycan Respublikasının
Milli Məclisinə (Milli Məclis) seçkilərdə 95 saylı
Tərtər seçki
dairəsi üzrə
qeydə alınmış
namizəd Abdullayev Ayaz Rəsul oğlu və digərləri 2020-ci il fevralın 12-də Azərbaycan
Respublikasının Mərkəzi
Seçki Komissiyasına
(Mərkəzi Seçki
Komissiyası) yazılı
müraciət edərək
həmin seçki dairəsinin seçki məntəqələrində bəzi
qanun pozuntularının
olduğunu iddia etmiş, bu pozuntuların araşdırılmasını
və bununla bağlı müvafiq tədbirlərin görülməsini
xahiş etmişdirlər.
Müraciət Azərbaycan
Respublikası Seçki
Məcəlləsinin (Seçki
Məcəlləsi) 112-ci və
112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyasına
və dairə seçki komissiyalarına
seçki hüquqlarının
pozulması ilə əlaqədar şikayət
və müraciətlərin
verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə
uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində
ekspert qrupunun üzvü tərəfindən
nəzərdən keçirilmiş,
bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında
baxılmışdır.
Seçki Məcəlləsinin tələbinə
görə səsvermə
günü seçki
məntəqələrində iddia olunan qanun
pozuntuları ilə bağlı müraciətlər
ilkin olaraq dairə seçki komissiyasına verilməli,
həmin müraciət
üzrə dairə seçki komissiyasının
qəbul etdiyi qərardan, hərəkətdən
(hərəkətsizlikdən) Mərkəzi Seçki Komissiyasına şikayət
verilə bilər.
Seçki Məcəlləsinin 112-1.12-ci maddəsinə
əsasən şikayət
aidiyyət qaydalarının
pozulması ilə daxil olmuşdursa, onda həmin müraciətin aidiyyəti
üzrə göndərilməsinə
dair qərar qəbul edilməlidir.
Yuxarıda göstərilənləri
əsas götürərək,
Mərkəzi Seçki
Komissiyası Seçki
Məcəlləsinin 19.4-cü, 28.2-ci,
112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyasına
və dairə seçki komissiyalarına
seçki hüquqlarının
pozulması ilə əlaqədar şikayət
və müraciətlərin
verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 4-cü hissəsinə
əsasən qərara
alır:
1. 2020-ci il fevralın 9-da keçirilmiş
Milli Məclisə seçkilərdə 95 saylı
Tərtər seçki
dairəsi üzrə
qeydə alınmış
namizəd Abdullayev Ayaz Rəsul oğlu və digərlərinin Mərkəzi
Seçki Komissiyasına
daxil olmuş 12 fevral 2020-ci il tarixli 148 saylı müraciəti aidiyyəti
üzrə araşdırılması
üçün həmin
seçki dairəsinin
dairə seçki komissiyasına göndərilsin.
2. Bu Qərar
dərc edildiyi gündən qüvvəyə
minir.
Sədr Məzahir
Pənahov
Katib Arifə
Muxtarova
Katib Mikayıl
Rəhimov
15.02.2020
Azərbaycan. - 2020.- 16 fevral.- S.9.