2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan
Respublikasının Milli Məclisinə
seçkilərdə Mərkəzi Seçki
Komissiyasına daxil olmuş
12 fevral 2020-ci il tarixli 143 saylı müraciətə
baxılmasına dair
Azərbaycan Respublikası
Mərkəzi Seçki
Komissiyasının Qərarı
Qərar 24/217
2020-ci il fevralın 9-da keçirilmiş
Azərbaycan Respublikasının
Milli Məclisinə (Milli Məclis) seçkilərdə 27 saylı
Sabunçu ikinci seçki dairəsindən
qeydə alınmış
namizəd Abdullazadə
Gülməmməd Baba oğlu
2020-ci il fevralın
12-də Azərbaycan Respublikasının
Mərkəzi Seçki
Komissiyasına (Mərkəzi
Seçki Komissiyası)
yazılı müraciət
edərək səsvermə
günü həmin seçki dairəsinin seçki məntəqələrində
qanun pozuntularının
baş verdiyini iddia etmiş, bu pozuntuların araşdırılmasını və səsvermənin nəticələrinin ləğv
olunmasını xahiş
etmişdir.
Müraciət Azərbaycan
Respublikası Seçki
Məcəlləsinin (Seçki
Məcəlləsi) 112-ci və
112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyasına
və dairə seçki komissiyalarına
seçki hüquqlarının
pozulması ilə əlaqədar şikayət
və müraciətlərin
verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə
uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində
fəaliyyət göstərən
ekspert qrupunun üzvü tərəfindən
nəzərdən keçirilmiş,
bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında
baxılmışdır.
Seçki Məcəlləsinin tələbinə
görə iddia olunan qanun pozuntuları
ilə bağlı müraciətlər ilkin olaraq dairə seçki komissiyasına verilməli, həmin müraciət üzrə
dairə seçki komissiyasının qəbul
etdiyi qərardan, hərəkətdən (hərəkətsizlikdən)
Mərkəzi Seçki
Komissiyasına şikayət
verilə bilər.
Seçki Məcəlləsinin 112-1.12-ci maddəsinə
və yuxarıda göstərilən Təlimatın
8.6-cı bəndinə uyğun
olaraq müraciət aidiyyət qaydalarının
pozulması ilə daxil olmuşdursa, onda həmin müraciətin aidiyyəti
üzrə göndərilməsinə
dair qərar qəbul edilməlidir.
Yuxarıda göstərilənləri
əsas götürərək,
Mərkəzi Seçki
Komissiyası Seçki
Məcəlləsinin 19.4-cü, 28.2-ci,
112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyasına
və dairə seçki komissiyalarına
seçki hüquqlarının
pozulması ilə əlaqədar şikayət
və müraciətlərin
verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 4-cü hissəsinə
əsasən qərara
alır:
1. 2020-ci il fevralın 9-da keçirilmiş
Milli Məclisə seçkilərdə 27 saylı
Sabunçu ikinci seçki dairəsindən
qeydə alınmış
namizəd Abdullazadə
Gülməmməd Baba oğlunun
Mərkəzi Seçki
Komissiyasına daxil olmuş 12 fevral 2020-ci il tarixli 143 saylı müraciəti araşdırılması üçün
aidiyyəti üzrə
həmin seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.
2. Bu Qərar
dərc edildiyi gündən qüvvəyə
minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
15.02.2020
Azərbaycan.- 2020.- 16 fevral.-
S.10.