2020-ci il fevralın
9-da keçirilmiş Azərbaycan
Respublikasının Milli
Məclisinə seçkilərdə
Mərkəzi Seçki
Komissiyasına daxil olmuş 13 fevral 2020-ci il tarixli 162 saylı müraciətə
baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının
Qərarı
Qərar 24/235
2020-ci il fevralın 9-da keçirilmiş
Azərbaycan Respublikasının
Milli Məclisinə (Milli Məclis) seçkilərdə 12 saylı
Qaradağ - Binəqədi
- Yasamal seçki dairəsi üzrə Müsavat Partiyası tərəfindən namizədliyi
irəli sürülmüş
və qeydə alınmış Quliyev
Elman Fizuli oğlu
2020-ci il fevralın
13-də Azərbaycan Respublikasının
Mərkəzi Seçki
Komissiyasına (Mərkəzi
Seçki Komissiyası)
yazılı müraciət
edərək həmin
seçki dairəsinin
seçki məntəqələrində
qanun pozuntularına yol verildiyini iddia etmiş, bu pozuntuların araşdırılmasını və bununla bağlı müvafiq tədbirlərin görülməsini
xahiş etmişdir.
Müraciət Azərbaycan
Respublikası Seçki
Məcəlləsinin (Seçki
Məcəlləsi) 112-ci və
112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyasına
və dairə seçki komissiyalarına
seçki hüquqlarının
pozulması ilə əlaqədar şikayət
və müraciətlərin
verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə
uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində
ekspert qrupunun üzvü tərəfindən
nəzərdən keçirilmiş,
müraciətin aidiyyət
qaydalarının pozulması
ilə daxil olmasına dair rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının
iclasında baxılmışdır.
Seçki Məcəlləsinin tələbinə
görə iddia olunan qanun pozuntuları
ilə bağlı müraciətlər ilkin olaraq dairə seçki komissiyasına verilməli, həmin müraciət üzrə
dairə seçki komissiyasının qəbul
etdiyi qərardan, hərəkətdən (hərəkətsizlikdən)
Mərkəzi Seçki
Komissiyasına şikayət
verilə bilər.
Seçki Məcəlləsinin 112-1.12-ci maddəsinə
görə müraciət
aidiyyət qaydalarının
pozulması ilə daxil olmuşdursa, onda həmin müraciətin aidiyyəti
üzrə göndərilməsinə
dair qərar qəbul edilməlidir.
Yuxarıda göstərilənləri
əsas götürərək,
Mərkəzi Seçki
Komissiyası Seçki
Məcəlləsinin 19.4-cü, 28.2-ci,
112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyasına
və dairə seçki komissiyalarına
seçki hüquqlarının
pozulması ilə əlaqədar şikayət
və müraciətlərin
verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 4-cü hissəsinə
əsasən qərara
alır:
1. 2020-ci il fevralın 9-da keçirilmiş
Milli Məclisə seçkilərdə 12 saylı
Qaradağ - Binəqədi
- Yasamal seçki dairəsi üzrə Müsavat Partiyası tərəfindən namizədliyi
irəli sürülmüş
və qeydə alınmış namizəd
Quliyev Elman Fizuli oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 13 fevral 2020-ci il tarixli 162 saylı müraciəti aidiyyəti
üzrə araşdırılması
üçün həmin
seçki dairəsinin
dairə seçki komissiyasına göndərilsin.
2. Bu Qərar
dərc edildiyi gündən qüvvəyə
minir.
Sədr Məzahir
Pənahov
Katib Arifə
Muxtarova
Katib Mikayıl
Rəhimov
15.02.2020
Azərbaycan.- 2020.- 16 fevral.- S.12.