Hacıqabul rayonunun
Hacıqabul-Muğan avtomobil
yolunun tikintisi ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Otuz iki min nəfər əhalinin yaşadığı
2 yaşayış məntəqəsini
birləşdirən Hacıqabul-Muğan
avtomobil yolunun tikintisi məqsədilə
Azərbaycan Respublikasının
2020-ci il dövlət
büdcəsinin dövlət
əsaslı vəsait
qoyuluşunun (investisiya
xərclərinin) bölgüsündə
avtomobil yollarının
tikintisi və yenidən qurulması üçün nəzərdə
tutulmuş vəsaitin
4,9 milyon (dörd milyon doqquz yüz
min) manatı Azərbaycan
Avtomobil Yolları Dövlət Agentliyinə
ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə
Nazirliyi bu Sərəncamın 1-ci hissəsində
göstərilən məbləğdə
maliyyələşməni təmin etsin.
3. Azərbaycan
Respublikasının Nazirlər
Kabineti bu Sərəncamdan irəli gələn məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
17 fevral 2020-ci il
Azərbaycan. - 2020.- 18 fevral.- S.1.