Oleksandr Boyko: Münxendə keçirilən diskussiya Ermənistan tarixində qara gün oldu

 

Ötən şənbə günü Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan arasında debatlar Ermənistan tarixində qara gün oldu. Bu barədə  Macarıstanın Dunayvaroş Universitetinin tədqiqatçısı Oleksandr Boyko bildirib.

Ukraynada dünyaya gələn və böyüyən, bu səbəbdən keçmiş SSRİ-də baş verən proseslərə heç də biganə olmayan ekspert postsovet məkanında liderlərin və digər nümayəndələrin çıxışlarını diqqətlə izləyir. Boyko Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə həsr edilmiş paneli konfransın ən maraqlı hadisəsi adlandırıb. O deyib: “Açıq-aşkardır ki, bu paneldə müzakirə daha gərgin keçdi. Tərəflər problemlə bağlı və onun həlli üzrə öz fikirlərini ifadə etdilər. Azərbaycan liderinin çıxışında çoxillik təcrübə özünü göstərirdi. Bunu öz inqilabları haqqında (sülhya qeyri-sülh, mikro yaxud makro) dünyaya car çəkən erməni baş nazir haqqında söyləmək mümkün deyil. Onun fikirləri müzakirə olunan mövzuya aid deyildi. Bu, kimə maraqlı idi ki? Hiss olunurdu ki, Paşinyan bu cür yüksək beynəlxalq podiumlara çıxmağa hazır deyil.

Çar Tiqranın və ya Paşinyanın bəhs etdiyi digər sülalələrin dövrünün münaqişənin həllinə nə dərəcədə dəxli olduğu məsələsinə toxunan Boyko bu fikirlərin tamamilə yersiz olduğunu vurğulayıb.

Həmsöhbətimiz əlavə edib: “Ümumiyyətlə deməliyəm ki, bu cür uzaq zamanlara ekskursiyalar sırf diletantların işidir. Çünki onlar deməyə söz tapmırlar və beynəlxalq hüquq çərçivəsində söhbət apara bilmirlər. Adətən, bu cür söhbətləri parkda oturan təqaüdçülər, taksi sürücüləri, tumsatanlar aparırlar. Mən Ukraynanın Çerkassk vilayətində yaşadığım zaman bunun şahidi olmuşam. Həmin uzaq zamanlara müraciət edən erməni baş nazironlardan birinə bənzəyir. Halbuki, söhbəti mövzu ətrafında, məsələnin mahiyyəti üzrə, kənara çıxmadan və auditoriyanı bu cür şübhəli ekskursiyalarla məftun etməyə çalışmadan aparmaq lazımdır. Paşinyanın bir mövzudan digərinə, müasir dövrdən qədim vaxtlara amplituda sıçrayışları onunla yekunlaşdı ki, baş nazir çox danışmasına rəğmən ciddi heç bir şey söyləmədi və bununla da Azərbaycan Prezidentinə dəqiq arqumentli zərbələr endirmək imkanı verdi. Bu səbəbdən Paşinyanın Münxendəki çıxışı Ermənistan üçün müsbət heç bir şey gətirmədi. Bu, onun tarixində qara gün oldu”.

 

Azərbaycan.- 2020.- 18 fevral.- S.2.