2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının
Milli Məclisinə seçkilərdə
Mərkəzi Seçki Komissiyasına daxil olmuş 14 fevral 2020-ci il tarixli 177 saylı müraciətə
baxılması barədə
Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
Qərar ¹
25/238
2020-ci il fevralın 9-da
keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə
(Milli Məclis) seçkilərdə 121 saylı
Laçın seçki dairəsi üzrə qeydə
alınmış namizədlər Kərimli Raqif Məhi
oğlu və digərləri 2020-ci il fevralın 14-də Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi
Seçki Komissiyası) yazılı müraciət edərək
həmin seçki dairəsinin bir sıra seçki məntəqələrində
səsvermə günü qanun pozuntularına yol verildiyini
iddia etmiş və bu pozuntuların
araşdırılmasını xahiş etmişlər.
Müraciət Azərbaycan
Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsinin)
112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyasına və
dairə seçki komissiyalarına seçki
hüquqlarının pozulması ilə əlaqədar
şikayət və müraciətlərin verilməsi və
onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə
uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində
ekspert qrupunun üzvü tərəfindən nəzərdən
keçirilərək rəy verilmiş və komissiyanın
iclasında baxılmışdır.
Daxil olmuş müraciət nəzərdən
keçirilərkən müəyyən olunmuşdur ki,
şikayət seçki qanunvericiliyində nəzərdə
tutulmuş müddət ötürülməklə
verilmiş və bu səbəbdən də ekspert qrupunun
üzvü müraciətin geri qaytarılması barədə
rəy vermişdir.
Seçki Məcəlləsinin
112.1-ci maddəsinə və yuxarıda göstərilən Təlimatın
4.1.2-ci yarımbəndinə əsasən, seçki subyektləri
vətəndaşların seçki hüquqlarını pozan
qərar və hərəkətlərdən (hərəkətsizlikdən)
həmin qərarın dərc edildiyi və ya
alındığı, hərəkətin (hərəkətsizliyin)
baş verdiyi gündən və ya maraqlı şəxsin bu
haqda məlumat aldığı gündən başlayaraq 3
gün müddətində şikayət edə bilərlər.
Seçki Məcəlləsinin
112-1.14.1-ci maddəsinə və müvafiq Təlimatın
7.10.2-ci yarımbəndinə əsasən şikayət
qanunla müəyyən olunmuş qaydada və müddətdə,
yəni qərardan, hərəkətin (hərəkətsizliyin)
baş verməsindən və ya maraqlı tərəfin xəbərdar
olmasından sonra 3 gün ərzində daxil olmalıdır.
Yuxarıda göstərilənləri
əsas götürərək Mərkəzi Seçki
Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin
19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və
"Azərbaycan Respublikasının Mərkəzi Seçki
Komissiyasına və dairə seçki komissiyalarına
seçki hüquqlarının pozulması ilə əlaqədar
şikayət və müraciətlərin verilməsi və
onlara baxılması qaydaları haqqında Təlimat”ın
4.1.2-ci və 7.10.2-ci yarımbəndlərinə əsasən
qərara alır:
1. 2020-ci il fevralın 9-da
keçirilmiş Milli Məclisə seçkilərdə 121
saylı Laçın seçki dairəsi üzrə qeydə
alınmış namizədlər Kərimli Raqif Məhi
oğlu və digərlərinin Mərkəzi Seçki
Komissiyasına daxil olmuş 14 fevral 2020-ci il tarixli 177 saylı
müraciəti qanunvericiliklə müəyyən olunmuş
şikayətvermə müddəti ötürülməklə
verildiyindən şikayət etmiş şəxslərə
geri göndərilsin.
2. Bu Qərar dərc edildiyi
gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
17.02.2020
Azərbaycan.-
2020.- 18 fevral.- S.6.