2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan
Respublikasının Milli Məclisinə
seçkilərdə Mərkəzi Seçki
Komissiyasına daxil olmuş
14 fevral 2020-ci il tarixli 178 saylı müraciətə
baxılması barədə
Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
Qərar №
25/247
2020-ci il fevralın 9-da
keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə
seçkilərdə 51 saylı Qusar seçki dairəsi
üzrə qeydə alınmış namizəd Kərimxanov
Adil Məmmədnəbi oğlu 2020-ci il fevralın 14-də Mərkəzi
Seçki Komissiyasına yazılı müraciət edərək
səsvermə günü həmin seçki dairəsinin
seçki məntəqələrində qanun
pozuntularının olduğunu iddia etmiş və bununla
bağlı müvafiq tədbirlərin görülməsini
xahiş etmişdir.
Müraciət Azərbaycan
Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci
maddələrinə və "Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyasına və
dairə seçki komissiyalarına seçki
hüquqlarının pozulması ilə əlaqədar
şikayət və müraciətlərin verilməsi və
onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə
uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının nəzdində ekspert qrupunun
üzvü tərəfindən nəzərdən keçirilərək
müraciətin aidiyyət qaydalarının pozulması ilə
daxil olduğu müəyyən edilərək bu barədə
müvafiq rəy verilmiş və komissiyanın iclasında
baxılmışdır.
Seçki Məcəlləsinin tələbinə
görə iddia olunan qanun pozuntuları ilə bağlı
müraciətlər ilkin olaraq dairə seçki
komissiyasına verilməli, həmin müraciət üzrə
dairə seçki komissiyasının qəbul etdiyi qərardan,
hərəkətdən (hərəkətsizlikdən) Mərkəzi
Seçki Komissiyasına şikayət verilə bilər.
Seçki Məcəlləsinin
112-1.12-ci maddəsinə görə müraciət aidiyyət
qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin
müraciətin aidiyyəti üzrə göndərilməsinə
dair qərar qəbul edilməlidir.
Yuxarıda göstərilənləri
əsas götürərək Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan
Respublikası Seçki Məcəlləsinin 19.4-cü,
28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyasına və
dairə seçki komissiyalarına seçki
hüquqlarının pozulması ilə əlaqədar
şikayət və müraciətlərin verilməsi və
onlara baxılması qaydaları haqqında Təlimat”ın
4-cü hissəsinə əsasən qərara alır:
1. 51 saylı Qusar seçki dairəsi
üzrə qeydə alınmış namizəd Kərimxanov
Adil Məmmədnəbi oğlunun Mərkəzi Seçki
Komissiyasına daxil olmuş 14 fevral 2020-ci il tarixli 178 saylı
müraciəti araşdırılması üçün
aidiyyəti üzrə həmin seçki dairəsinin dairə
seçki komissiyasına göndərilsin.
2. Bu Qərar dərc edildiyi
gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
17.02.2020
Azərbaycan.- 2020.- 18 fevral.- S.7.