2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan
Respublikasının Milli Məclisinə
seçkilərdə Mərkəzi Seçki
Komissiyasına daxil olmuş
15 fevral 2020-ci il tarixli 218 saylı müraciətə
baxılmasına dair
Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
Qərar ¹
25/258
2020-ci il fevralın 9-da
keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə
(Milli Məclis) seçkilərdə 20 saylı Nərimanov
ikinci seçki dairəsi üzrə qeydə
alınmış namizəd Həsənov Emil Möhtəbər
oğlu 2020-ci il fevralın 15-də Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi
Seçki Komissiyası) yazılı müraciət edərək
həmin seçki dairəsinin 10 və 11 saylı seçki məntəqələrində
səsvermə günü qanun pozuntularına yol verildiyini
iddia etmiş və bununla bağlı müvafiq tədbirlərin
görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan
Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi)
112-ci və 112-1-ci maddələrinə və "Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyasına və
dairə seçki komissiyalarına seçki
hüquqlarının pozulması ilə əlaqədar
şikayət və müraciətlərin verilməsi və
onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə
uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində
ekspert qrupunun üzvü tərəfindən nəzərdən
keçirilmiş, müraciətin aidiyyət
qaydalarının pozulması ilə daxil olmasına dair rəy
verilmiş və Mərkəzi Seçki Komissiyasının
iclasında baxılmışdır.
Seçki Məcəlləsinin tələbinə
görə iddia olunan qanun pozuntuları ilə bağlı
müraciətlər ilkin olaraq dairə seçki
komissiyasına verilməli, həmin müraciət üzrə
dairə seçki komissiyasının qəbul etdiyi qərardan,
hərəkətdən (hərəkətsizlikdən) Mərkəzi
Seçki Komissiyasına şikayət verilə bilər.
Seçki Məcəlləsinin
112-1.12-ci maddəsinə görə müraciət aidiyyət
qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin
müraciətin aidiyyəti üzrə göndərilməsinə
dair qərar qəbul edilməlidir.
Yuxarıda göstərilənləri
əsas götürərək, Mərkəzi Seçki
Komissiyası Seçki Məcəlləsinin 19.4-cü,
28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyasına və
dairə seçki komissiyalarına seçki
hüquqlarının pozulması ilə əlaqədar
şikayət və müraciətlərin verilməsi və
onlara baxılması qaydaları haqqında Təlimat”ın
4-cü hissələrinə əsasən qərara alır:
1. 2020-ci il fevralın 9-da
keçirilmiş Milli Məclisə seçkilərdə 20
saylı Nərimanov ikinci seçki dairəsi üzrə qeydə
alınmış namizəd Həsənov Emil Möhtəbər
oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş
15 fevral 2020-ci il tarixli 218 saylı müraciəti aidiyyəti
üzrə araşdırılması üçün həmin
seçki dairəsinin dairə seçki komissiyasına
göndərilsin.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
17.02.2020
Azərbaycan.- 2020.- 18 fevral.- S.8.