2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan
Respublikasının Milli Məclisinə
seçkilərdə Mərkəzi Seçki
Komissiyasına daxil olmuş
15 fevral 2020-ci il tarixli 215 saylı müraciətə
baxılmasına dair
Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
Qərar ¹
25/266
2020-ci il fevralın 9-da
keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə
(Milli Məclis) seçkilərdə 66 saylı Biləsuvar
seçki dairəsindən qeydə alınmış namizəd
Mehti Yusif Haceyib oğlu 2020-ci il fevralın 15-də Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi
Seçki Komissiyası) yazılı müraciət edərək
səsvermə günü həmin seçki dairəsinin bəzi
seçki məntəqələrində qanun
pozuntularının baş verdiyini iddia etmiş, bu
pozuntuların araşdırılmasını və
seçkilərin nəticəsinin ləğv
olunmasını xahiş etmişdir.
Müraciət Azərbaycan
Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi)
112-ci və 112-1-ci maddələrinə və "Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyasına və
dairə seçki komissiyalarına seçki
hüquqlarının pozulması ilə əlaqədar
şikayət və müraciətlərin verilməsi və
onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə
uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində
fəaliyyət göstərən ekspert qrupunun üzvü tərəfindən
nəzərdən keçirilmiş, bu barədə
müvafiq rəy verilmiş və Mərkəzi Seçki
Komissiyasının iclasında baxılmışdır.
Seçki Məcəlləsinin tələbinə
görə iddia olunan qanun pozuntuları ilə bağlı
müraciətlər ilkin olaraq dairə seçki
komissiyasına verilməli, həmin müraciət üzrə
dairə seçki komissiyasının qəbul etdiyi qərardan,
hərəkətdən (hərəkətsizlikdən) Mərkəzi
Seçki Komissiyasına şikayət verilə bilər.
Seçki Məcəlləsinin
112-1.12-ci maddəsinə görə müraciət aidiyyət
qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin
müraciətin aidiyyəti üzrə göndərilməsinə
dair qərar qəbul edilməlidir.
Yuxarıda göstərilənləri
əsas götürərək Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan
Respublikası Seçki Məcəlləsinin 19.4-cü,
28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyasına və
dairə seçki komissiyalarına seçki
hüquqlarının pozulması ilə əlaqədar
şikayət və müraciətlərin verilməsi və
onlara baxılması qaydaları haqqında Təlimat”ın
4-cü hissəsinə əsasən qərara alır:
1. 2020-ci il fevralın 9-da
keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə
seçkilərdə 66 saylı Biləsuvar seçki dairəsindən
qeydə alınmış namizəd Mehti Yusif Haceyib oğlunun
Mərkəzi Seçki Komissiyasına daxil olmuş 15 fevral
2020-ci il 215 saylı müraciəti araşdırılması
üçün aidiyyəti üzrə həmin seçki
dairəsinin dairə seçki komissiyasına göndərilsin.
2. Bu Qərar dərc edildiyi
gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
17.02.2020
Azərbaycan.-
2020.- 18 fevral.- S.9.