2020-ci il
fevralın 9-da keçirilmiş Azərbaycan
Respublikasının Milli Məclisinə seçkilərdə
Mərkəzi Seçki Komissiyasına daxil olmuş 15 fevral
2020-ci il tarixli 219 saylı müraciətə
baxılmasına dair
Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
Qərar ¹
25/274
2020-ci il fevralın 9-da
keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə
(Milli Məclis) seçkilərdə 9 saylı Binəqədi
ikinci seçki dairəsi üzrə qeydə
alınmış namizəd Kərimli Nemət Ağa oğlu
2020-ci il fevralın 15-də Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyasına (Mərkəzi Seçki
Komissiyası) yazılı müraciət edərək səsvermə
günü həmin seçki dairəsinin bir neçə
seçki məntəqələrində qanun pozuntularına
yol verildiyini iddia etmiş, bu pozuntuların araşdırılmasını
və bununla bağlı müvafiq tədbirlərin
görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan
Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi)
112-ci və 112-1-ci maddələrinə və "Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyasına və
dairə seçki komissiyalarına seçki
hüquqlarının pozulması ilə əlaqədar
şikayət və müraciətlərin verilməsi və
onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə
uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində
ekspert qrupunun üzvü tərəfindən nəzərdən
keçirilmiş, müraciətin aidiyyət
qaydalarının pozulması ilə daxil olmasına dair rəy
verilmiş və Mərkəzi Seçki Komissiyasının
iclasında baxılmışdır.
Seçki Məcəlləsinin tələbinə
görə iddia olunan qanun pozuntuları ilə bağlı
müraciətlər ilkin olaraq dairə seçki komissiyasına
verilməli, həmin müraciət üzrə dairə
seçki komissiyasının qəbul etdiyi qərardan, hərəkətdən
(hərəkətsizlikdən) Mərkəzi Seçki
Komissiyasına şikayət verilə bilər.
Seçki Məcəlləsinin
112-1.12-ci maddəsinə uyğun olaraq müraciət aidiyyət
qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin
müraciətin aidiyyəti üzrə göndərilməsinə
dair qərar qəbul edilməlidir.
Yuxarıda göstərilənləri
əsas götürərək Mərkəzi Seçki
Komissiyası Seçki Məcəlləsinin 19.4-cü,
28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyasına və
dairə seçki komissiyalarına seçki
hüquqlarının pozulması ilə əlaqədar
şikayət və müraciətlərin verilməsi və
onlara baxılması qaydaları haqqında Təlimat”ın
4-cü hissəsinə əsasən qərara alır:
1. 2020-ci il fevralın 9-da
keçirilmiş Milli Məclisə seçkilərdə 9
saylı Binəqədi ikinci seçki dairəsi üzrə
qeydə alınmış namizəd Kərimli Nemət Ağa
oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş
15 fevral 2020-ci il tarixli 219 saylı müraciəti aidiyyəti
üzrə araşdırılması üçün həmin
seçki dairəsinin dairə seçki komissiyasına
göndərilsin.
2. Bu Qərar dərc edildiyi
gündən qüvvəyə minir.
Sədr Məzahir
Pənahov
Katib Arifə
Muxtarova
Katib
Mikayıl Rəhimov
17.02.2020
Azərbaycan.-
2020.- 18 fevral.- S.9.