2020-ci il
fevralın 9-da keçirilmiş Azərbaycan
Respublikasının Milli Məclisinə seçkilərdə
Mərkəzi Seçki Komissiyasına daxil olmuş 14 fevral
2020-ci il tarixli 171 saylı müraciətə baxılması
barədə
Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
Qərar ¹
25/279
2020-ci il fevralın 9-da
keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə
(Milli Məclis) seçkilərdə 14 saylı Xəzər
seçki dairəsi üzrə qeydə alınmış
namizəd Qafarov Abid Abdin oğlu 2020-ci il fevralın 14-də
Azərbaycan Respublikasının Mərkəzi Seçki
Komissiyasına (Mərkəzi Seçki Komissiyası)
yazılı müraciət edərək həmin seçki
dairəsinin seçki məntəqələrində səsvermə
günü qanun pozuntularına yol verildiyini iddia etmiş və
araşdırma aparılaraq müvafiq tədbir görülməsini
xahiş etmişdir.
Müraciət Azərbaycan
Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsinin)
112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyasına və
dairə seçki komissiyalarına seçki
hüquqlarının pozulması ilə əlaqədar
şikayət və müraciətlərin verilməsi və
onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə
uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində
ekspert qrupunun üzvü tərəfindən nəzərdən
keçirilərək rəy verilmiş və komissiyanın iclasında
baxılmışdır.
Daxil olmuş müraciət nəzərdən
keçirilərkən müəyyən olunmuşdur ki,
şikayət seçki qanunvericiliyində nəzərdə
tutulmuş şikayətvermə müddətinin
ötürülməsi ilə daxil olmuş və bu səbəbdən
də ekspert qrupunun üzvü müraciətin geri
qaytarılması barədə rəy vermişdir.
Seçki Məcəlləsinin
112.1-ci maddəsinə və yuxarıda göstərilən Təlimatın
4.1.2-ci yarımbəndinə əsasən, seçki subyektləri
vətəndaşların seçki hüquqlarını pozan
qərar və hərəkətlərdən (hərəkətsizlikdən)
həmin qərarın dərc edildiyi və ya
alındığı, hərəkətin (hərəkətsizliyin)
baş verdiyi gündən və ya maraqlı şəxsin bu
haqda məlumat aldığı gündən başlayaraq 3
gün müddətində şikayət edə bilərlər.
Seçki Məcəlləsinin
112-1.14.1-ci maddəsinə və müvafiq Təlimatın
7.10.2-ci yarımbəndinə əsasən, şikayət
qanunla müəyyən olunmuş qaydada və müddətdə,
yəni qərardan, hərəkətin (hərəkətsizliyin)
baş verməsindən və ya maraqlı tərəfin xəbərdar
olmasından sonra 3 gün ərzində daxil olmalıdır.
Yuxarıda göstərilənləri
əsas götürərək, Mərkəzi Seçki
Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin
19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və
"Azərbaycan Respublikasının Mərkəzi Seçki
Komissiyasına və dairə seçki komissiyalarına
seçki hüquqlarının pozulması ilə əlaqədar
şikayət və müraciətlərin verilməsi və
onlara baxılması qaydaları haqqında Təlimat”ın
4.1.2-ci və 7.10.2-ci yarımbəndlərinə əsasən
qərara alır:
1. 2020-ci il fevralın 9-da
keçirilmiş Milli Məclisə seçkilərdə 14
saylı Xəzər seçki dairəsi üzrə qeydə
alınmış namizəd Qafarov Abid Abdin oğlunun Mərkəzi
Seçki Komissiyasına daxil olmuş 14 fevral 2020-ci il tarixli
171 saylı müraciəti qanunvericiliklə müəyyən
olunmuş şikayətvermə müddəti
ötürülməklə daxil olduğundan müraciət
etmiş şəxsə geri göndərilsin.
2. Bu Qərar dərc edildiyi
gündən qüvvəyə minir.
Sədr Məzahir
Pənahov
Katib Arifə
Muxtarova
Katib
Mikayıl Rəhimov
17.02.2020
Azərbaycan.
- 2020.- 18 fevral.- S.10.