Etibarlı tərəfdaş,
sabit neft təchizatçısı
Prezident İlham
Əliyevin Münxen Təhlükəsizlik Konfransında
iştirakı Azərbaycanın
yüksək nüfuzunun
təsdiqidir
56-cı Münxen
Təhlükəsizlik Konfransında
iştirak etmək üçün fevralın
14-də Almaniya Federativ
Respublikasında səfərdə
olan Prezident İlham Əliyev bu dəfə də həm ikitərəfli formatda vacib görüşlər
keçirdi, həm də konfrans çərçivəsində "Enerji təhlükəsizliyi”
mövzusunda "dəyirmi
masa”da iştirak etdi.
Ümumiyyətlə, hər
il keçirilən
Münxen Təhlükəsizlik
Konfransı dünyada
aktual məsələlərin
həll edildiyi bir məkana çevrilib. İlk dəfə 1964-cü ildən keçirilən konfransda yalnız hərbi təhlükəsizlik
məsələləri müzakirə
edilirdisə, ildən-ilə
bunun mahiyyəti dəyişib, yeni çalarlar əlavə edilib. Son dövrdə
isə burada enerji təhlükəsizliyi
və ekoloji tarazlığın qorunub
saxlanılması məsələləri
önə çəkilib.
Həm də ənənəvi iştirakçılar və
mövzular var. Azərbaycan
Prezidenti bu konfransda müntəzəm
və aktiv iştirak edir. Əlbəttə ki, cənab
İlham Əliyevin bu mötəbər beynəlxalq tədbirlərdə
daimi olaraq iştirakı dünya təhlükəsizliyi ilə
bağlı vacib məsələlərdə Azərbaycanın
mövqeyinin əhəmiyyətli
hesab olunmasının
göstəricisidir. Yəni
bu konfransda iştirak, ilk növbədə,
Azərbaycanın yüksək
nüfuzunun təsdiqidir,
ölkənin iqtisadi potensialının bu gün Avropanın iqtisadi potensialına üzvi surətdə birləşdirilməsi və
Azərbaycanın Avropanın
ayrılmaz tərkib hissəsi kimi qəbul edilməsi, ölkəmizin artan çəkisi deməkdir.
Öncə Azərbaycan Prezidentinin fevralın 14-15-də Münxendə
dövlət və hökumət başçıları,
beynəlxalq şirkət
və komitə rəhbərləri ilə
keçirilən görüşlərdə
səsləndirdiyi fikirlərə
diqqət yetirək.
Azərbaycanın dünya enerji bazarında çox etibarlı tərəfdaş
kimi tanındığını
söyləyən Prezident
son dövrlərdə ölkəmizin
alternativ enerji resurslarının inkişafı
istiqamətində atdığı
addımları diqqətə
çatdırdı. Cənab İlham
Əliyev bildirdi ki, məhz buradakı
təmaslar nəticəsində
çoxlu sayda ticarət müqavilələri
imzalanıb. Qarşıdakı illərdə isə daha çox uğurlar olacaq, çünki daha böyük potensiala malik Azərbaycanın imkanları getdikcə artır.
Prezidentin digər
görüşlərində də Azərbaycanda iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı və şaxələndirilməsi
istiqamətində görülən
işlərin, iqtisadiyyatın
rəqəmsallaşdırılmasının
və Davos Forumu ilə Azərbaycan arasında əldə edilmiş razılaşmaya əsasən
Dördüncü Sənaye
İnqilabı üzrə
Bakıda regional mərkəzin
yaradılmasının əhəmiyyəti
qeyd edildi. Ölkəmizdə xarici investorlar
üçün cəlbedici
sərmayə mühitinin
olduğu diqqətə
çatdırıldı. Eyni zamanda Azərbaycanın Şimal-Qərb, Şimal-Cənub
və Şərq-Qərb
istiqamətləri üzrə
nəqliyyat dəhlizlərindəki
əsas rolundan bəhs olundu, ölkəmizin öz coğrafi yerləşmə
potensialını fürsətlərə
çevirdiyi bildirildi.
Konfrans çərçivəsində "Enerji təhlükəsizliyi”
mövzusunda keçirilən
"dəyirmi masa”da isə cənab İlham Əliyev Azərbaycanın imkanlarından
və həyata keçirdiyi beynəlxalq layihələrdən söz
açdı. Eyni zamanda neft ixrac edən ölkələrin (OPEC) mövcud
durumunu dəyərləndirdi.
Öncə Prezident
"Cənuq qaz dəhlizi” ilə bağlı ətraflı
məlumat verərək
bildirdi ki, ötən il
Avropanın enerji təhlükəsizliyi üçün
əlamətdar olub. Çünki Azərbaycan tərəfdaşları
ilə birlikdə artıq Türkiyə-Yunanıstan
sərhədinə çatan,
əsas qaz kəməri olan
TANAP-ı uğurla başa
çatdırıb. Bu,
o deməkdir ki, "Cənub qaz dəhlizi”nin dörd seqmentindən üçü
artıq uğurla tamamlanıb. Sonuncu seqmentə
gəlincə, TAP layihəsi
bu ilin sonunda
tamamlanacaq. Beləliklə,
3,5 min kilometr uzunluğunda inteqrasiya olunmuş kəmər sistemi artıq istismara veriləcək:
"Bu, regionumuzda əsas
infrastruktur layihələrindən
biridir. Bu, əlbəttə
ki, bizim üçün, tərəfdaşlarımız
üçün, Avropanın
enerji təhlükəsizliyi
üçün çox
vacibdir”.
Prezident, həmçinin vurğuladı
ki, Azərbaycan gələcək layihələrlə
bağlı yeni ölkələrlə işləyir. Çünki "Cənub qaz dəhlizi” yeddi ölkəni - Azərbaycan,
Türkiyə, Gürcüstan,
Bolqarıstan, Yunanıstan,
Albaniya, İtaliyanı
birləşdirir. Üç
Balkan ölkəsi isə
- Bosniya və Herseqovina, Monteneqro və Xorvatiya - bu üç ölkənin ərazisindən
keçən, xüsusilə
İonik-Adriatik kəmərinin
tikintisini nəzərdə
tutan ikinci fazada layihəyə qoşulmaqla bağlı artıq Anlaşma Memorandumu imzalanıb:
"Bizimlə "Cənub
qaz dəhlizi” üzərində işləyən
bəzi ölkələrin
tarixdə ilk dəfə
alternativ təchizat mənbələrinə malik
olmaq imkanı olacaq. Alternativ mənbə təkcə
marşrut deyil. Çünki təhlükəsizlikdən danışanda biz mənbədən
danışmalıyıq. Bizim timsalımızda Azərbaycan
qazının Avropa bazarına, Türkiyə bazarına nəqli yeni mənbə və yeni marşrutdur.
Düşünürəm ki, bu, bizim layihəmizin üstünlüyüdür və
buna görə də Avropa İttifaqı ona güclü dəstək verir. Bu səbəbdən
də yekun tamamlanma işlərinin bu ilin sonunadək
olacağına baxmayaraq,
biz "Cənub qaz dəhlizi”ni artıq tamamlanmış layihə
hesab edə bilərik”.
Cənab İlham Əliyev Azərbaycanın həm də çox sabit neft təchizatçısı
olduğunu söyləyərək
bildirdi ki, 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan kəmərinin açılışından bəri
heç bir fasilə, fors-major və ya problem baş verməyib. Geosiyasi və
texniki nöqteyi-nəzərdən
onu da həyata
keçirmək çox
çətin idi, çünki ilk dəfə
olaraq o, Xəzər və Aralıq dənizlərini birləşdirirdi.
Ölkəmizin "OPEC+”un fəal üzvü olduğunu vurğulayan Azərbaycan Prezidenti
2016-cı ildə Davosda
"Neftin qiyməti ilə bağlı nə etmək olar” sualını xatırlayıb. Qeyd edək ki, həmin zaman dövlətimizin başçısı
təkliflə çıxış
etmişdi. Cənab İlham
Əliyev təklif etmişdi ki, əsas odur qeyri-OPEC ölkələri
və OPEC ölkələri
bir araya gələrək razılaşsınlar.
Bu təklifdən sonra
tərəflər arasında
razılıq əldə
olundu və OPEC+ formatında əməkdaşlıq
bu gün uğurla davam edir: "Düşünürəm
ki, "OPEC+” əməkdaşlığının
davam etdirilməsi çox vacibdir. Çünki bu gün bizdə vəziyyət elədir ki, OPEC və qeyri-OPEC ölkələri bir təşkilatda fəaliyyət
göstərir. Bizim bundan
başqa belə təşkilatımız və
əməkdaşlığımız yoxdur. Bəzən bir təşkilat
daxilində razılığa
gələ bilmirlər.
Bizdə
isə bu nadir format var və biz bunu əldən buraxmamalıyıq”.
Prezident, həmçinin Azərbaycanda
bərpaolunan enerjiyə
böyük diqqət
yetirildiyini deyərək
diqqətə çatdırıb
ki, qarşıya qoyulan məqsəd 2030-cu ilə qədər elektrik enerjisinin 30 faizini bərpaolunan enerji hesabına ödəməkdir.
Bir sözlə, cənab İlham Əliyev yanvar ayında keçirilən
Davos Forumundan sonra 56-cı Münxen Təhlükəsizlik Konfransında
da Azərbaycanın
real imkanlarını, potensialını
bir daha dünyaya bəyan etdi və böyük
şirkətlərin, investorların
diqqətini ölkəmizə
yönəltdi.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.- 2020.- 18 fevral.-
S.1-2.