2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan
Respublikasının Milli Məclisinə
seçkilərdə Mərkəzi Seçki
Komissiyasına daxil olmuş
16 fevral 2020-ci il tarixli 230 saylı müraciətə
baxılmasına dair
Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
Qərar ¹
26/281
2020-ci il fevralın 9-da
keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə
(Milli Məclis) seçkilərdə 88 saylı
Göyçay seçki dairəsi üzrə qeydə
alınmış namizəd Əhmədov Rəvan Aydın
oğlu 2020-ci il fevralın 16-da Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi
Seçki Komissiyası) yazılı müraciət edərək
səsvermə günü həmin seçki dairəsinin
seçki məntəqələrində qanun pozuntularına
yol verildiyini iddia etmiş, bu pozuntuların
araşdırılmasını və bununla bağlı
müvafiq tədbirlərin görülməsini xahiş
etmişdir.
Müraciət Azərbaycan
Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi)
112-ci və 112-1-ci maddələrinə və "Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyasına və
dairə seçki komissiyalarına seçki
hüquqlarının pozulması ilə əlaqədar
şikayət və müraciətlərin verilməsi və
onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə
uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində
ekspert qrupunun üzvü tərəfindən nəzərdən
keçirilərək rəy verilmiş və komissiyanın
iclasında baxılmışdır.
Daxil olmuş müraciət nəzərdən
keçirilərkən müəyyən olunmuşdur ki,
şikayət seçki qanunvericiliyində nəzərdə
tutulmuş müddət ötürülməklə
verilmiş və bu səbəbdən də ekspert qrupunun
üzvü müraciətin geri qaytarılması barədə
rəy vermişdir.
Seçki Məcəlləsinin
112.1-ci maddəsinə və yuxarıda göstərilən Təlimatın
4.1.2-ci yarımbəndinə əsasən, seçki subyektləri
vətəndaşların seçki hüquqlarını pozan
qərar və hərəkətlərdən (hərəkətsizlikdən)
həmin qərarın dərc edildiyi və ya alındığı,
hərəkətin (hərəkətsizliyin) baş verdiyi
gündən və ya maraqlı şəxsin bu haqda məlumat
aldığı gündən başlayaraq 3 gün müddətində
şikayət edə bilərlər.
Seçki Məcəlləsinin
112-1.14.1-ci maddəsinə və müvafiq Təlimatın
7.10.2-ci yarımbəndinə əsasən, şikayət
qanunla müəyyən olunmuş qaydada və müddətdə,
yəni qərardan, hərəkətin (hərəkətsizliyin)
baş verməsindən və ya maraqlı tərəfin xəbərdar
olmasından sonra 3 gün ərzində daxil olmalıdır.
Yuxarıda göstərilənləri
əsas götürərək, Mərkəzi Seçki
Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin
19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və
"Azərbaycan Respublikasının Mərkəzi Seçki
Komissiyasına və dairə seçki komissiyalarına
seçki hüquqlarının pozulması ilə əlaqədar
şikayət və müraciətlərin verilməsi və
onlara baxılması qaydaları haqqında Təlimat”ın
4.1.2-ci və 7.10.2-ci yarımbəndlərinə əsasən
qərara alır:
1. 2020-ci il fevralın 9-da
keçirilmiş Milli Məclisə seçkilərdə 88
saylı Göyçay seçki dairəsi üzrə qeydə
alınmış namizəd Əhmədov Rəvan Aydın
oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş
16 fevral 2020-ci il tarixli 230 saylı müraciəti qanunvericiliklə
müəyyən olunmuş şikayətvermə müddəti
ötürülməklə verildiyindən ərizəçiyə
geri göndərilsin.
2. Bu Qərar dərc edildiyi
gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
18.02.2020
Azərbaycan.-
2020.- 19 fevral.- S.4.