Ermənilər sosial şəbəkələrdə
od püskürdülər: “İlham Əliyev Paşinyanı rüsvay etdi”
"Niyə Azərbaycan Prezidentinə həmişə
"hə”, bizə isə "yox” deyirlər?”
Ötən 17 ildə Azərbaycan və Ermənistan dövlət başçılarının iştirak etdiyi beynəlxalq tədbirlər, sammitlər, debatlar daim ciddi bir nəticə ilə yekunlaşıb: İlham Əliyev həmişə işğalçı ölkə rəhbərliyini ifşa edib, onları rəzil hala salıb və dünya erməniliyinin əsl məkrli mahiyyətini danılmaz, əsaslı faktlarla açıqlayıb. Münxen Təhlükəsizlik Konfransında olduğu kimi...
Münxendəki debatda da Prezident İlham Əliyevin Qarabağla bağlı növbəti dəfə qətiyyətli mövqeyi Nikol Paşinyana, bütünlükdə erməni ictimaiyyətinə, həmçinin Ermənistanın havadarlarına olduqca layiqli bir cavab oldu. Bu hadisə Ermənistanda ciddi ajiotaj doğurdu və işğalçı ölkədə Paşinyanın sərt cavab aldığını söylədilər. Bunu erməni mediasından və sosial şəbəkələrdən də aydın izləmək olar.
"Nikol Paşinyan
İlham Əliyevə biabırcasına məğlub
oldu”
Son günlərdə sosial şəbəkələrin ermənidilli seqmentini Azərbaycan və Ermənistan rəhbərlərinin Münxendə debatdakı müzakirələri zəbt edib. Debat Azərbaycanda nə qədər müsbət reaksiya doğursa da, ermənilərdə də elə o miqyasda böyük bir xof, ümidsizlik yaradıb. Ermənistanda hesab edilir ki, Paşinyan növbəti dəfə İlham Əliyevin qarşısında aciz duruma düşdü, dili topuq vurdu. O cümlədən Paşinyanın sınıq-salxaq ingiliscəsi lağ obyektinə çevrildi. Erməni ekspertlər, sosial şəbəkə istifadəçiləri tərəfindən yer alan maraqlı status və şərhləri oxucuların diqqətinə çatdırırıq.
Bütöv Erməni Milli Tərəqqi təşkilatının həmsədri Lusine Aroyan-Dallakyan "Facebook” sosial şəbəkəsində Münxendə Azərbaycan Prezidenti İlham Əliyevlə debat zamanı Ermənistanın baş naziri Nikol Paşinyanın biabırcasına məğlub olduğunu yazıb: "Mətbuat konfransını izlədim. Biz biabırcasına uduzduq. Əgər erməni olmasaydım, Əliyevə inanardım. O yaxşı hazırlaşmışdı, jestlərin dili savadlı seçilmişdi. Paşinyan nə bir suala tam cavab verdi, nə də əks-zərbələr vurdu. Əliyev öz xeyrinə onu çatdırdı ki, Qarabağ Azərbaycanın tərkibindədir. Paşinyan bu sahədə lazımlı biliklərə malik deyildi və yarımçıq cavabları onu gülməli vəziyyətə saldı. O həmçinin Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılmasının qeyri-mümkünlüyü barədə heç nə deyə bilmədi. Yaxşı ki, sonra köməyinə Böyük Tiqran yetişdi. Amma qələbə artıq Əliyevin tərəfində idi”.
"Sarı bulvar qəzetinin üçüncü
sort reportyoru”
Publisist Artak Vardanyan isə "Facebook”da Münxen debatı ilə bağlı paylaşdığı
statusda Paşinyanı
"sarı bulvar qəzetinin üçüncü
sort reportyoru” adlandırıb.
Bildirib ki, Paşinyana istənilən
rəsmi tədbirdə
ingiliscə danışmaq
qanunvericilik səviyyəsində
qəti qadağan edilməlidir: "Bilirəm
ki, heç onun ruscası da yaxşı deyil. Dinləmək məcburiyyətində qalmışam, ona görə deyirəm.
Lakin onun ingiliscəsi sadəcə
olaraq qorxuncdur! Yarımçıq frazalar. Uyğun
sözün əzablı
axtarışı, öz
bədəninin müxtəlif
hissələrini qeyri-ixtiyarı
qurdalama... Onun münaqişənin tarixçəsi və mahiyyəti barədə bilikləri, baxmayaraq ki, iki ilə
yaxındır ölkəyə
rəhbərlik edir, tamamilə səthidir və Paşinyan hələ də sarı bulvar qəzetinin üçüncü
sort reportyoru səviyyəsində
qalıb”.
Politoloq Andranik Tevanyan isə "Twitter” sosial şəbəkəsində
baş nazirin şəkilini paylaşaraq
yazıb ki, Paşinyan yenidən sübut etdi ki, dövlət başçısı kostyumu
onun əyninə çox böyükdür.
"Bəlkə sən
tarix haqda danışmayasan, "brat”?”
Ermənistanın keçmiş
müdafiə naziri Artak Zakaryan da "Facebook” hesabında yazıb ki, Münxen debatında qalib yenə İlham Əliyev oldu: "Mən heç vaxt Paşinyandan Qarabağ məsələsində
müsbət irəliləyiş
və ya həll gözləmirdim və bu barədə
deyirdim. Münxendə baş verən
qeyri-mütəşəkkil, yarımçıq söhbət
olan bütün ümidləri də sarsıtdı. Aydındır ki, Paşinyan hətta Qarabağ məsələsinin həlli
ilə bağlı fasiləyə belə tab gətirə bilmir. İlham Əliyev danışıqlar
prosesində məsələni
mərhələli həll
yoluna yönəltdiklərini
bir daha qeyd etdi. İlham Əliyev bizə öz müqəddəratımızı
təyin etmək üçün başqa bir yer tapmağı
tövsiyə edərkən,
Paşinyan niyə yenidən Tiqran dövrünə qayıdır
və orada olanlarda gülüş doğurur? Keçmiş xatirələrə və tarixi mübahisələrə nə
ehtiyac var axı?
Ermənistanın Respublika Partiyasının
mətbuat katibi Eduard Şarmazanovun "Facebook”da
paylaşdığı status çoxlu "bəyənmələr”
toplayıb: "Paşinyan-Əliyev
debatına baxdınız? Bir neçə
dəqiqə ərzində
Ermənistanın və
Qarabağın qapısından
o qədər avtoqol buraxdı. Münxen konfransında populizm
işə yaramadı.
Və daha biri: Böyük Tiqran haqda danışmazdan
qabaq Bospor çarlığını, Roma imperiyasını yada sal. Bəlkə sən tarix
haqda danışmayasan,
"brat”?”
"Bu, Paşinyan üçün
Yerevanda, meydanda çıxış etmək
deyil”
Erməni müğənni
Anna Xovner də Paşinyanın debatdakı
çıxışını "İnstagram” sosial şəbəkəsində çox
aşağı səviyyədə
qiymətləndirib: "Ermənistan
adına tarixin ən bərbad günlərindən
birini yaşadıq. İlham Əliyev qarşısında
Paşinyanın tutarsız
iddialarını dinləyərkən
utandığımdan az
qaldı yerə girim”.
"Paşinyan da İlham Əliyev qarşısında daim məğlubdur”
İxtisasca iqtisadçı olan Stepan Qriqoryan "Odnoklassniki” sosial şəbəkəsində yazır
ki, acı həqiqət olsa da, demək lazımdır. İlham Əliyev yenə müxtəlif cəhətdən
Ermənistan rəhbərlərindən
çox öndə olduğunu göstərə
bildi: "Paşinyanın
ingilis dilində danışığı yeni
kursa başlayan tələbələri xatırlatdı.
Bu necə ifadə
tərzidir, utancvericidir.
Düşmən ölkə olsa
da, düzünü demək lazımdır.
İlham
Əliyev psixoloji cəhətdən Paşinyanı
"sındırdı”.
"Facebook” sosial şəbəkəsində
Münxendəki debatla
bağlı xəbərə
münasibət bildirən,
profilinə baxdıqda
müəllim olduğu
nəzərə çarpan
Henrix Qraparyan yazır ki, kaş o görüş baş tutmazdı: "Dostlar, bir-birimizi aldatmayaq. Yalan danışmayaq. Əlim gəlmir yazmağa, amma həqiqət bir idi. Əliyev Paşinyanı milyonların
gözü qarşısında
rüsvay etdi. Öz vətəndaş mövqeyimi
nümayiş etdirirəm.
Çəkinmədən fikrimi bildirirəm.
İstəyirlər gəlib məni
aparsınlar. Ünvanımı da yaza bilərəm.
Sarkisyandan sonra Paşinyan
da İlham Əliyev qarşısında
daim məğlubdur, bizim nə vaxt
qalib rəhbərimiz olacaq? Azərbaycan Prezidenti Ermənistanla
kifayət qədər
sərt tonda danışır, zaldakılar
da Paşinyanın biabırçı ingilis
dilini lağa qoyub gülürdülər.
Nə məcburdur axı, özünü də, erməni xalqını da biabır elədin”.
"Paşinyan tələbəyə,
İlham Əliyev isə imtahan götürən professora
bənzəyirdi?”
"Facebook”
sosial şəbəkəsində
Arutyun Barseqyan bir neçə minlik üzvü olan qrupda şərh
yazaraq Paşinyan haqqında tənqidi fikirlər səsləndirən
insanlara çağırış
edib. O belə şərhlərin
və paylaşımların
Azərbaycanda diqqətlə
izlənildiyini, İlham
Əliyevə üstünlük
qazandırdığını xüsusilə vurğulayıb.
Yazılan bu şərhə rəy bildirən Qaqik Vazgenyan adlı biri isə verdiyi
maraqlı cavabı ilə diqqət çəkib: "Buradan sözüm sizədir, Paşinyanı müdafiə
edən Arutyun... Həqiqəti yazmaq nə
vaxtdan vətən xainliyi olub? Yaxşı ki, sosial media var. Baş naziri Münxendə izlədik.
Kaş izləməz olaydıq.
Sanki İlham Əliyev debata Paşinyanla məzə tutub, əhvalını yüksəltmək üçün
gəlmişdi. Düz söz
niyə qıcıq oyadır? Sosial media vasitəsilə çağırışlarımızı uzaq Azərbaycanda eşidirlər, amma səsimiz buradakılara çatmır”.
Dezik Baqdasaryan adlı istifadəçi isə "Twitter”də yazır: "Paşinyanın
hakimiyyətə gəlməsi
üçün hər
şey etdik. Gecələr yuxusuz qaldıq.
Lakin onun rəhbərliyi altında indiyədək Ermənistan hər sahədə məğlub
olur. Münxendə isə əsl
biabırçılıq yaşandı.
Paşinyan tələbəyə, İlham Əliyev isə imtahan götürən professora
bənzəyirdi. Bizim baş
nazirin hər cümləsində səhvini
düzəldirdi. Münxendə də İlham Əliyev onu əzdi. Azərbaycan
Prezidentinə həmişə
"hə”, bizə isə "yox” deyirlər”.
"Məğlubiyyəti Paşinyanın
özü də heç vaxt unuda bilməyəcək”
Noyamberyan rayonundan olan Qriqor Nalbadyan adlı biri "Vkontakte” şəbəkəsində
Nikol Paşinyanın debatdakı məyus fotosunu paylaşaraq İlham Əliyevə cavab verə bilməməsindən gileylənir:
"Baxın, ay millət! Belə baş
nazir olar? (gülüş işarəsi). Dünyanın heç bir
yerində bu cür keyfiyyətsiz ölkə rəhbəri yoxdur”.
"Facebook” sosial şəbəkəsinin
Ruben Dallakyan adlı istifadəçisi yazır:
"Ermənistan mətbuatı
nə qədər Paşinyanın tərəfini
saxlasa da, həqiqət budur: Münxen debatında da biz uduzduq. Ermənistan tarixinin ən utancverici günlərindən
birini yaşadıq.
Bu məğlubiyyəti Paşinyanın özü
də heç vaxt unuda bilməyəcək”.
Robert Nalbadyan adlı biri "Instagram”da Paşinyan tərəfdarlarının daha
çox rəy bildirdiyi qrupda maraqlı bir şərhlə diqqət
çəkib və bununla da onların
kəskin tənqidi ilə üzləşib.
O yazıb: "Bayaqdan
statuslarınıza baxıram
və bu qədər yalana heç özünüzün
də inanmadığınızı
düşünürəm (gülüş işarəsi).
Gəlin
həqiqəti danmayaq.
Paşinyan Münxendə Ermənistanı
rüsvay etdi. Zala fikir verdiniz? Paşinyan sanki debata yox,
hamını güldürməyə
çıxmışdı”.
Yuxarıda qeyd etdiyimiz statuslara və şərhlərə daha
çoxunu əlavə
etmək olar. Göründüyü kimi, son günlər Münxen Konfransındakı
debatdakı uğursuzluqdan
şok yaşayan ermənilər sosial şəbəkələrdə Paşinyandan hesab sorurlar.
Elçin CƏFƏROV
Azərbaycan.- 2020.- 19 fevral.- S.1; 6.