Azərbaycanın ilk peşəkar qadın pianoçusu repressiya qurbanı oldu

 

Repressiya qurbanı olmuş ziyalıların həyatından məqamlar

 

Xədicə Qayıbova Azərbaycanın ilk peşəkar qadın pianoçusu idi. Muğamlarımızı yüksək sənətkarlıqla ilk dəfə fortepianoda ifa etmiş, xalq mahnıları əsasında improvizələr yaratmışdı. 1938-ci il martın 16-da XDİK DTİ-nin birinci bölməsinin üçüncü şöbə rəisinin müavini leytenant Tevosyan belə bir arayış hazırlayır: "Türkingilis qərargahları Bakıda olduqları zaman Azərbaycan Dövlət Konservatoriyasının keçmiş müəllimi Xədicə xanım Qayıbova onlarla əlaqə saxlayır və həmin zabitləri evinə qonaq çağırırdı”.

Bir faktı qeyd edək ki, Xədicə xanım hələ 1933-cü ildə hüquq mühafizə orqanları tərəfindən şübhəli şəxs kimi casusluqda ittiham olunmuşüç ay müddətinə həbs edilmişdi. Onu əksinqilabi fəaliyyətdə və türkçülük ideyalarını yaymaqda günahlandırırdılar. Lakin bunu təsdiq edən heç bir sübut tapılmamış və Xədicə xanım həbsdən azad olunmuşdur.

X.Qayıbova iki dəfə ailə həyatı qurmuşdu. İstər əvvəlki, istərsə də sonrakı həyat yoldaşı dövrünün ziyalı insanları olmuşlar. Yazılanlara görə, birinci ailəsi tez dağılmışdı. İkinci həyat yoldaşı Rəşid Qayıbovu isə ictimai-siyasi fəaliyyətində dövlət əleyhinə aparılması və əksinqilabi millətçi təşkilatın üzvü kimi 1937-ci ilin noyabrında həbs etmişdilər. O da repressiya qurbanlarından olmuşdur.

1938-ci il martın 17-də Dövlət Təhlükəsizlik İdarəsi Xədicə xanımı 4390 nömrəli orderə əsasən həbs edir. O, yeddi dəfə erməni müstəntiqləri tərəfindən dindirilir. X.Qayıbovanın işi üzrə istintaqın qurtarması haqqında protokol 1938-ci il mayın 7-də tərtib edilir. Ertəsi gün isə müstəntiq Tevosyan 23311 nömrəli istintaq işi üzrə ittihamnamə yazır. Qayıbova Azərbaycan SSR Cinayət Məcəlləsinin 68-ci maddəsi ilə müqəssir hesab olunur.

Xədicə xanım altı ay həbsxanada saxlanılır. Lakin heç vaxt ağlına belə gətirmir ki, onu güllələyə bilərlər. Məhkəməsi 15 dəqiqə çəkir. Güllələnmə hökmü 1938-ci il oktyabrın 27-də icra edilir. Xədicə xanımın övladları və qohumları onun güllələndiyini 16 il sonra bilirlər.

 

Azərbaycan.- 2020.-19 fevral.- S.7.