2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 16 fevral 2020-ci il tarixli 226 saylı müraciətə baxılması barədə

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

QƏRAR ¹ 27/304

 

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 90 saylı Ağdaş seçki dairəsi üzrə qeydə alınmış namizəd Cəbrayılova Səidə Dursun qızı 2020-ci il fevralın 16-da Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) müraciət edərək həmin seçki dairəsi dairə seçki komissiyasının 12 fevral 2020-ci il tarixli 19/65 saylı qərarını mübahisələndirmiş, dairə seçki komissiyasının qeyd olunan qərarının ləğv edilməsi, 90 saylı Ağdaş seçki dairəsində seçkilərin nəticələrinin etibarsız hesab edilməsini qanun pozuntusuna yol vermiş məntəqə seçki komissiyası üzvləri barəsində müvafiq tədbir görülməsini xahiş etmişdir.

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət müraciətlərin verilməsi onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş Komissiyanın iclasında baxılmışdır.

S.D.Cəbrayılova müraciətində iddia etmişdir ki, dairə seçki komissiyası araşdırma apararkən onun təqdim etdiyi materiallar video görüntülər araşdırılmamış bununla da hüquqları pozulmuşdur.

Araşdırma ilə bağlı şikayətçi ilə əlaqə saxlanılmış, araşdırma iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onun araşdırma Komissiyanın iclasında iştirakı təmin olunmuşdur.

Araşdırma ilə əlaqədar dairə seçki komissiyasından müvafiq sənədlər alınaraq araşdırma materiallarına əlavə edilmiş təkrarən araşdırılmışdır.

S.D.Cəbrayılovanın müraciətinin araşdırılması səsvermə günü seçki dairəsinin seçki məntəqələri üzrə sosial şəbəkələrdə yerləşdirilmiş görüntüləri, məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair dairə seçki komissiyalarına təqdim etdikləri yekun protokolları namizəd tərəfindən təqdim olunmuş digər seçki materiallarını əhatə etmişdir.

Yuxarıda qeyd olunanlarla əlaqədar namizəd S.D.Cəbrayılova 90 saylı Ağdaş seçki dairəsinin dairə seçki komissiyasına müraciət etmiş, komissiya tərəfindən şikayət araşdırılmış, həmin dairə seçki komissiyasının müvafiq qərarı ilə müraciət əsassız hesab edilərək təmin olunmamışdır.

90 saylı Ağdaş seçki dairəsinin dairə seçki komissiyası qeyd edilən qərarını onunla əsaslandırmışdır ki, araşdırma nəticəsində seçki məntəqələrində baş verməsi ehtimal olunan qanun pozuntuları təsdiqini tapmadığından, səsvermənin keçirilməsi ya nəticələrinin hesablanması zamanı həmin seçki məntəqələri üzrə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən qanun pozuntuları müəyyən olunmadığından qeydə alınmış namizəd S.D.Cəbrayılovanın müraciəti əsassız hesab edilərək təmin olunmamalıdır.

Araşdırma zamanı müəyyən edilmişdir ki, səsvermə günü iki seçki məntəqəsi istisna olmaqla, seçki dairəsinin mübahisələndirilən digər seçki məntəqələrində baş verməsi iddia edilən qanun pozuntuları təsdiqini tapmamış, seçicilər sərbəst şəkildə səs verərək öz iradələrini ifadə etmiş, məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair protokolları Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq tərtib olunmuş bu baxımdan dairə seçki komissiyası düzgün nəticəyə gəlmişdir.

Səsvermə günü seçki məntəqələrində baş verməsi ehtimal olunan qanun pozuntularının araşdırılması məqsədi ilə müşahidə aparmış müxtəlif seçki subyektlərindən alınmış izahatlarlardan müəyyən edilmişdir ki, iki seçki məntəqəsi istisna olmaqla, həmin pozuntuları təsdiq edən hər hansı bir fakt aşkarlanmamışdır.

Namizəd tərəfindən təqdim edilmiş elektron məlumat daşıyıcısında olan görüntülərin araşdırılması ilə 6 və 7 saylı seçki məntəqələrində seçki bülletenlərinin qanunvericiliyin tələbinə zidd olaraq istifadə edilməsi faktı aşkarlanmişdir. Bu fakt həmin seçki məntəqələri üzrə səsvermənin nəticəsinin etibarsız hesab edilməsi üçün hüquqi əsas yaradır.

Digər seçki məntəqələri üzrə namizəd tərəfindən təqdim edilmiş elektron məlumat daşıyıcısında olan görüntülərin araşdırılması ilə seçkilərin nəticəsinə təsir edən və seçicilərin iradəsini ifadə etməyə imkan verməyən pozuntular müəyyən edilməmişdir.

Göstərilənlərə əsasən müraciət qismən təmin edilməli, 6 və 7 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilməlidir.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci, 170-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 90 saylı Ağdaş seçki dairəsi üzrə qeydə alınmış namizəd Cəbrayılova Səidə Dursun qızının müraciəti qismən təmin olunsun, həmin seçki dairəsinin 6 və 7 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilsin.

2. 90 saylı Ağdaş seçki dairəsi dairə seçki komissiyasının 12 fevral 2020-ci il tarixli, 19/65 saylı qərarı 6 və 7 saylı seçki məntəqələri üzrə hissədə ləğv edilsin, digər hissələrdə dəyişdirilmədən saxlanılsın.

3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

19.02.2020-ci il

 

Azərbaycan.- 2020.- 20 fevral.- S.5.