2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan
Respublikasının Milli Məclisinə
seçkilərdə Mərkəzi Seçki
Komissiyasına daxil olmuş
16 fevral 2020-ci il tarixli 232 saylı müraciətə
baxılmasına dair
Azərbaycan Respublikası
Mərkəzi Seçki
Komissiyasının Qərarı
QƏRAR ¹ 27/305
2020-ci il fevralın 9-da keçirilmiş
Azərbaycan Respublikasının
Milli Məclisinə (Milli Məclis) seçkilərdə müşahidəçi
olmuş Cavadzadə Tural Yusif oğlu
2020-ci il fevralın
16-da Azərbaycan Respublikasının
Mərkəzi Seçki
Komissiyasına (Mərkəzi
Seçki Komissiyası)
yazılı müraciət
edərək 21 saylı
Nəsimi birinci seçki dairəsi dairə seçki komissiyasının (dairə
seçki komissiyası)
15 fevral 2020-ci il tarixli 22/70 saylı qərarını mübahisələndirmiş,
9 saylı seçki məntəqəsi üzrə
səsvermənin nəticələrinin
etibarsız sayılmasını
və müvafiq tədbir görülməsini
xahiş etmişdir.
Müraciət Azərbaycan
Respublikası Seçki
Məcəlləsinin (Seçki
Məcəlləsinin) 112-ci, 112-1-ci maddələrinə və
"Azərbaycan Respublikasının
Mərkəzi Seçki
Komissiyasına və dairə seçki komissiyalarına seçki
hüquqlarının pozulması
ilə əlaqədar
şikayət və müraciətlərin verilməsi
və onlara baxılması qaydaları
haqqında Təlimat”ın
tələblərinə uyğun
olaraq Mərkəzi Seçki Komissiyasının
nəzdində fəaliyyət
göstərən ekspert
qrupunun üzvü tərəfindən araşdırılaraq
rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.
Araşdırma ilə əlaqədar şikayətçi ilə
əlaqə saxlanılmış,
araşdırma və
iclasda iştirak, həmçinin digər hüquqlarının olması
izah edilmiş, Komissiyanın iclasında iştirak etməyə dəvət olunmuş, ancaq gəlməmişdir.
Ərizəçi 21 saylı Nəsimi birinci seçki dairəsinin dairə seçki komissiyasına müraciət edərək səsvermə günü yuxarıda göstərilən seçki dairəsinin 9 saylı seçki məntəqəsində seçki qanunvericiliyinin tələblərinin pozulduğunu iddia etmiş, həmin seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab olunmasını xahiş etmişdir. Eyni zamanda o, bildirmişdir ki, dairə seçki komissiyasının sözügedən müraciətə baxılan iclasında iştirakı təmin olunmamış və 15 fevral 2020-ci il tarixli 22/70 saylı qərarı ilə əsassız olaraq şikayəti təmin edilməmişdir.
Araşdırma ilə əlaqədar dairə seçki komissiyasından müvafiq sənədlər tələb edilərək alınıb araşdırılmışdır.
Dairə seçki komissiyası qərarını onunla əsaslandırmışdır ki, səsvermə günü şikayətçinin müşahidə apardığı 9 saylı seçki məntəqəsində müxtəlif siyasi partiyaları və öz təşəbbüsü ilə qeydə alınmış namizədləri təmsil edən 9 müşahidəçinin birgə tərtib etdikləri aktdan və məntəqə seçki komissiyası üzvlərinin, o cümlədən məşvərətçi səs hüquqlu komissiya üzvünün izahatlarından müəyyən edilir ki, şikayətçinin iddia etdiyi pozuntular baş verməmişdir.
Eyni zamanda dairə seçki komissiyasının qərarında göstərilir ki, seçki günü 9 saylı seçki məntəqəsində müşahidə aparmış müşahidəçilərdən qanun pozuntusu ilə bağlı hər hansı bir müraciət daxil olmamış, həmin gün seçki məntəqəsində olmuş beynəlxalq müşahidəçilərlə söhbət zamanı T.Y.Cavadzadə tərəfindən heç bir qanun pozuntusu olmaması barədə məlumat verilməsi halı digər müşahidəçilərin izahatlarında göstərilmişdir.
T.Y.Cavadzadənin müraciəti ilə bağlı səsvermə günü sosial şəbəkələrdə yayımlanmış görüntülərə baxış keçirilərək 9 saylı seçki məntəqəsi ilə bağlı hər hansı bir paylaşmanın olmadığı müəyyən edilmişdir.
Araşdırma ilə müəyyən edilmişdir ki, dairə seçki komissiyası 9 saylı seçki məntəqəsində müşahidəçi olmuş T.Y.Cavadzadənin müraciətini obyektiv və hərtərəfli araşdıraraq təmin edilməməsi barədə düzgün nəticəyə gəlmişdir.
T.Y.Cavadzadə tərəfindən dairə seçki komissiyasının qərarından verilmiş şikayətin təmin edilməsi və həmin qərarın ləğv edilməsi üçün hüquqi əsaslar yaranmamışdır. Göstərilənlərə əsasən müraciət əsassız olduğundan təmin edilməməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:
1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə müşahidəçi olmuş Cavadzadə Tural Yusif oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 16 fevral 2020-ci il tarixli 232 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 15 fevral 2020-ci il tarixli 22/70 saylı qərarı dəyişdirilmədən saxlanılsın.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
19.02.2020-ci il
Azərbaycan.- 2020.- 20 fevral.- S.5.