Elçin Quliyev: “Sərhədçilər
Prezident İlham
Əliyevin tapşırıqlarını yüksək səviyyədə
icra edirlər “
Xəzər dənizində Azərbaycan
Respublikasının dövlət
sərhədinin mühafizəsi
üzrə xidməti-döyüş
fəaliyyətinə başlanılmasının
27-ci ildönümü münasibətilə
fevralın 18-də tədbir
keçirilib.
Dövlət Sərhəd Xidmətinin
(DSX) mətbuat mərkəzindən
AZƏRTAC-a bildiriblər ki,
tədbirdə Xidmətin
rəisi general-polkovnik
Elçin Quliyev iştirak edib.
Dövlət himninin səslənməsi ilə
başlayan tədbirdə
çıxış edən
Dövlət Sərhəd
Xidmətinin rəisi
general-polkovnik Elçin
Quliyev dənizçi
sərhədçiləri təbrik edərək hələ 15 il əvvəl dənizdə
dövlət sərhədlərinin
mühafizəsinə xüsusi
diqqət ayıran Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin 2005-ci il 18 fevral tarixli Sərəncamı ilə
DSX-nin Sahil Mühafizəsinin yaradıldığını,
2008-ci il noyabrın
8-də regionumuzda bənzəri
olmayan yeni dəniz hərbi bazasının istifadəyə
verildiyini, ölkəmizin
dəniz sərhədlərinin
mühafizəsinin keyfiyyətcə
yeni mərhələyə
yüksəldiyini bildirib.
Münxen Təhlükəsizlik
Konfransında Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev tərəfindən canlı
debatda beynəlxalq auditoriya qarşısında
Ermənistanın baş
nazirinə tarix və beynəlxalq siyasət dərsi keçməklə torpaqlarımızın
işğal altında
qalması ilə bağlı barışmaz
mövqeyini, dövlətimizin
ərazi bütövlüyünün
bərpa edilməsinin
fundamental haqqımız olduğunu,
milli dövlətçiliyimizin
gücünü, qüdrətini
və yenilməzliyini
növbəti dəfə
nümayiş etdirdiyini
diqqətə çatdıran
DSX rəisi bu tarixi hadisənin Azərbaycan sərhədçisinin
qələbə əzmini,
qəhrəmanlıq ruhunu
yüksəklərə qaldırdığını
xüsusilə vurğulayıb.
Xidməti-döyüş fəaliyyətinə başladıqları ilk gündən dəniz sərhədçilərinə xüsusi diqqət ayıran Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2013-cü il 11 sentyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyası”nın icrasının təmin edilməsi üzrə DSX-nin Sahil Mühafizəsinin “Gəmi inşası və təmiri mərkəzi”nin inşa edildiyini, 12 ədəd “Tufan” və “Şahdağ” tipli sərhəd gözətçi gəmisinə baxış məqsədilə Prezident İlham Əliyevin dəfələrlə DSX-nin Sahil Mühafizəsinin bazasında olmasını xüsusilə qeyd edən general-polkovnik Elçin Quliyev bu gəmilərin döyüş sıralarına qatılması sayəsində sərhəd sularında dövləti maraqlarımızın qorunması imkanlarının xeyli genişləndiyini, dəniz sərhədlərinin mühafizəsi məsələlərinə daim ali diqqətin göstərildiyini və yüksək nəticələrin əldə olunduğunu qeyd edib.
2018-ci il avqustun 12-də Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısında mühüm əhəmiyyət kəsb edən “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya”nın imzalanmasını əlamətdar hadisə kimi qeyd edən Dövlət Sərhəd Xidmətinin rəisi bu sənədin dəniz sərhədlərimizin mühafizəsi üzrə xidməti fəaliyyətin yeni müstəvidə təşkil olunmasına şərait yaratdığını bildirib.
Müstəqil dövlətimizin banisi ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycan Respublikasının dövlət sərhədlərinin keşiyində böyük qürur hissi ilə dayanan Azərbaycan sərhədçilərinin Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən qarşıya qoyulmuş tapşırıqları ən yüksək səviyyədə icra etdiyini vurğulayan general-polkovnik Elçin Quliyev gələcəkdə də dənizçilərin göstərilən bu ali etimadı yeni nailiyyətlərlə doğruldacaqlarına əminliyini bildirib.
Tədbirdə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin rəisi general-leytenant Əfqan Nağıyev Sahil Mühafizəsinin fəaliyyət göstərdiyi müddət ərzində dənizçi sərhədçilərin Xəzər dənizində qazandıqları yüksək nailiyyətlər haqqında məruzə edib.
Tədbirdə xidməti-döyüş fəaliyyətində yüksək nəticələr əldə etmiş bir qrup hərbi qulluqçu təltif edilib.
Sonda
iştirakçılar DSX-nin nümunəvi
hərbi orkestrinin və incəsənət
ustalarının hazırladıqları maraqlı konsert proqramına tamaşa
ediblər.
Azərbaycan.-
2020.-20 fevral.- S.6.