Azərbaycanlı alimlərin dünya
elminə mühüm töhfəsi
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, akademik Hətəm Quliyevin və AMEA-nın müxbir üzvü Rəşid Cavanşirin həmmüəllifi olduğu “Yerin ilkin etalon modeli” haqqında məqalə Amerika Geofizika İttifaqının nüfuzlu nəşrlərindən olan “Earth and Space Science” jurnalında işıq üzü görüb.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, məqalədə azərbaycanlı alimlər modelin geomexaniki cəhətdən düzgün olmadığını sübuta yetiriblər. Onlar qeyri-xətti geomexaniki təhlil metodu yaratmaqla, Yerin ilkin etalon modelinin formalaşması zamanı yol verilmiş səhvləri müəyyən ediblər. Görülmüş işlər fundamental əhəmiyyət daşımaqla yanaşı, həm də böyük innovativ xüsusiyyətə malikdir. Belə ki, yeni metodun tətbiqi neft-qaz yataqlarının və regionun seysmik aktivliyinin öyrənilməsində yeni mərhələ rolunu oynayacaq.
Qeyd edək
ki, Yerin ilkin etalon modeli
1981-ci ildə ABŞ Geofizika
İttifaqının prezidenti D.Anderson və məşhur professor
A.Dzevonski tərəfindən beynəlxalq
elmi ictimaiyyətə təqdim edilib. Alimlər bu
araşdırmalarına görə 1989-cu ildə Yer elmləri sahəsində Nobel
mükafatına bərabər sayılan Kraudof
mükafatına layiq görülüblər.
Model bu günə qədər
çoxsaylı geoloji və geofiziki problemlərin həllində istifadə
olunub.
Azərbaycan.-
2020.- 20 fevral.- S.9.