Nəsildən gələn fitrət
İstedad
"Şəfəq” qəzetinin əməkdaşı Məzahir Məmmədovla söhbətimizin birində mənə fitri istedad sahibi olan bir qızdan söz açmışdı. Dəfələrlə Qubaya səfərim olsa da, onun dediyi xanımın barəsində məlumatım şifahi olaraq qalırdı.
Bu günlərdə Məzahir müəllimlə birlikdə gənc qubalı istedadı daha yaxından tanımaq mənə də nəsib oldu.
Bir tarixi xatırlasaq yerinə düşər. "Qızıl
Quba” ("Şəfəq”
qəzetinin əvvəlki
adı) qəzetinin 7 iyun 1959-cu il tarixli sayında dərc olunmuş "Gənc istedad” başlıqlı məqalə
hələ o vaxt çoxlarının marağına
səbəb olmuşdu.
Həmin
yazıda Ələsgər
Qadaşov adlı bir məktəblinin fitri istedadından, onun qubalı şair Yusif Həsənbəyin sözlərinə
bəstələdiyi "Var
sənin” mahnısını
necə gözəl ifa etməsindən və tamaşaçılar
tərəfindən gurultulu
alqışlarla qarşılanmasından
bəhs edilirdi.
O vaxtdan illər ötsə də, həmin saralmış qəzet parçası hələ
də ailə tərəfindən qorunub-saxlanır.
Belə ki, musiqiçinin qardaşı
qızı Günəş
Hacıbalayeva bu ənənəni uğurla
davam etdirir, fortepiano müəllimi Solmaz Bədəlovanın etimadını
hər vəchlə doğrultmağa çalışır,
Azərbaycan və dünya bəstəkarlarının
əsərlərini həvəslə
öyrənir.
Hazırda o, Quba İncəsənət
Məktəbinin VI sinfində
oxuyur. Günəş bu illər ərzində bir çox respublika və rayon səviyyəli
müsabiqələrdə iştirak
edib. Ən yaddaqalanı isə Üzeyir Hacıbəyli adına Bakı
Musiqi Akademiyası Orta Musiqi Məktəbində
bəstəkar Qara Qarayevin 100 illiyinə həsr olunmuş "Pianoçuların V Respublika
Elmi-İfaçılıq müsabiqəsi” olub. Müsabiqədə çıxış
edən Günəşin
Q.Qarayevin "Altı
uşaq pyesi” silsiləsindən "Fikirli”,
"Oyun”, eləcə
də, İ.S.Baxın,
Y.Haydın, P.Çaykovskinin,
A. Bartenin əsərlərini
fortepianoda xüsusi peşəkarlıqla ifa etməsi münsiflər heyəti tərəfindən
yüksək qiymətləndirilib.
Elə bu nailiyyətinə görə balaca istedad sahibi həvəsləndirici fəxri
fərmanla təltif olunub. Eyni zamanda, Günəş
Qubada və qonşu rayonlarda keçirilən müsabiqələrdə
iştirak edərək
uğurlu nəticələr
əldə edib.
Məzahir Məmmədov
bizimlə söhbətində
bildirdi ki, Günəş təhsil aldığı şəhid
Hikmət Hüseynov adına şəhər
4 saylı tam orta məktəbdə dərslərə
çalışqanlığı ilə də seçilir. Müəllimlər ondan çox
razıdırlar. Onun musiqi
istedadı təhsilində
də özünü
büruzə verir.
Dərs əlaçısı olan
Günəş VI sinifdə
oxumasına baxmayaraq, məktəbin ictimai həyatında yaxından
iştirak edir.
Akif ƏLİYEV
Azərbaycan.-
2020.- 20 fevral.- S.10.