Azərbaycan Prezidenti İlham Əliyev İtaliyaya
dövlət səfərinə gedib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da İtaliya Respublikasına dövlət səfərinə gəlib.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Romanın "Fiumicino" Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident
İlham Əliyevi və birinci
xanım Mehriban Əliyevanı İtaliya Xarici İşlər
Nazirliyinin Dövlət Protokol
İdarəsinin rəisi İniqo Lambertini, bu ölkənin
Azərbaycandakı səfiri Auqusto Massari və digər rəsmi şəxslər
qarşıladılar.
Azərbaycan.-
2020.-20 fevral.- S.1.