Ali dəyərlərin qoruyucusu

 

Bu gün Azərbaycan təkcə Şərqdən Qərbə və Qərbdən Şərqə gedən yolların baş keçidi deyil, habelə siyasi-iqtisadi maraqların, dinlərin, mədəniyyətlərin, sivilizasiyaların qovuşduğu məkan, qarşılıqlı tamamlanma və vəhdət rəmzidir. Azərbaycanın Şərq və Qərb mədəniyyətləri arasında tutduğu mövqe, bu iki dünyanın zəngin mədəni irsinə sahibliyi mədəniyyət diplomatiyasında ölkəmizin önəmini son dərəcə artırır.

Azərbaycan regionda iqtisadi gücü ilə fərqləndiyi kimi, dövlət-din münasibətlərinin təkmilləşdirilməsi və inkişafı kontekstində də ciddi uğurlara imza atır. Ölkəmiz milli-mənəvi dəyərləri ilə sivilləşir, dünyaya inteqrasiya prosesi sürətlənir. Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlər əsas xətt olaraq davam etdirilir. Azərbaycanın imicinin yüksəldilməsində, onun dünyaya təqdimində görülən buya digər işlər dövlətin maraqlarını ifadə edir.

Son illər bütün dünyada elmi-siyasi ədəbiyyatların əsas tematikası olangün keçdikcə daha da aktuallaşan, hətta zərurətə çevrilən mədəniyyətlərin yaxınlaşması günün vacib məsələsidir. Mədəniyyətlərarası dialoq prosesində özünəməxsus mövqeyi ilə seçilən Azərbaycanda tarix boyu müxtəlif mədəniyyətlərin, dinlərin, millətlərin, etnik qrupların nümayəndələri qarşılıqlı hörmət və mehriban qonşuluq şəraitində, bir ailənin üzvləri kimi yaşayıblar və fəxrlə deyə bilərik ki, bu ali xüsusiyyəti günümüzədək qoruyub saxlamışıq. Bu gün çoxmillətli, çoxkonfessiyalı ölkəmizdə dini etiqad azadlığı tam şəkildə təmin edilirbütün dinlərin, xalqların, etnik qrupların nümayəndələri eyni hüquqlara malikdirlər. Xalqımızın gen yaddaşından süzülüb gələn dözümlülük, multikultural ənənə bizim üçün normal yaşayış, həyat tərzidir. Azərbaycanda heç vaxt dini, milli zəmində qarşıdurma olmayıb. Bu sahədə cəmiyyətdə formalaşmış dözümlülük, tolerantmultikultural ənənələr ilə yanaşı, düşünülmüş dövlət siyasəti də çox böyük rol oynayır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dövlət tərəfindən bu sahədə yaradılan bütün zəruri şərait və dəstək dünyaya örnək sayılacaq səviyyədədir.

Ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin dövlət səviyyəsində qorunub saxlanılması da Ümummilli Liderin adı ilə bağlıdır. O, tolerantlığın, birgəyaşayış mədəniyyətinin İslam dininin və Azərbaycan xalqının xarakterik xüsusiyyəti olduğunu belə ifadə etmişdir: "Azərbaycan əhalisinin çox hissəsinin etiqad etdiyi müsəlman dinində, onun kökündə də tolerantlıq var”.

Xalqlararası və mədəniyyətlərarası dialoqu, tolerantlıq ənənələrini müasir qloballaşma dövründə daha da inkişaf etdirmək, ona dəstək vermək, bütün insanların gələcəyi naminə dinlərin dialoquna nail olmaq bu gün də dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bu siyasəti inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin milli mədəniyyətin, dini-mənəvi dəyərlərin, adət-ənənələrin qorunması və inkişaf etdirilərək gənc nəsillərə çatdırılması ilə bağlı siyasəti çağdaş dövrün obyektiv reallıqları ilə şərtlənir. Ulu Öndərin zəngin dövlətçilik ənənələrinin layiqli davamçısı olduğunu əməli addımları ilə sübuta yetirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli-mənəvi dəyərlərimizin qorunmasına və inkişafına çox mühüm diqqət və qayğı göstərir. Dövlət başçısı ölkəmizdə dinimilli tolerantlığın tarixən mövcud olduğunubu tolerantlığın indiyə kimi qorunub saxlanılmasında Azərbaycan xalqının və İslam dininin misilsiz rolunu hər zaman vurğulayaraq bildirmişdir ki, "Tarixən dünya dinlərinin yayıldığı və dinc yanaşı fəaliyyət göstərdiyi qədim Azərbaycan torpağında yüz illərlə qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər sistemi formalaşmışdır. Diqqətəlayiq faktdır ki, ölkəmizdə həmişə yüksək tolerantlıq mühiti hökm sürmüş, heç vaxt millidini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməmişdir. Ayrı-ayrı etiqadinanclara malik etnosların əsrlərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanılmasında Azərbaycan xalqının və İslam dininin misilsiz tarixi rolu danılmazdır”.

Prezident İlham Əliyevin xalqımızın dini dəyərlərinə, müxtəlif dinlərə və sivilizasiyalara hörmətlə yanaşması, milli-mənəvi dəyərlərə həssas münasibətin dövlət siyasətinin prioritetlərindən birinə çevrilməsi, ölkədə güclü tolerantlıq ənənələrinin daha da möhkəmləndirilməsi Azərbaycanı nəinki regionda, bütövlükdə dünyada multikulturalizmin, dinlərarası və mədəniyyətlərarası dialoqun əsas mərkəzlərindən birinə çevirib.

Yarandığı gündən Ulu Öndərin mərhəmət, nəciblik və yüksək humanizmə əsaslanan ideyalarının ictimai şüurda möhkəmlənməsinə çalışan Heydər Əliyev Fondunun Azərbaycandakı tolerantlıq və multikultural dəyərlərin qorunaraq təbliğ edilməsi sahəsində fəaliyyəti də xüsusi vurğulanmalıdır. Məhz fondun maliyyə dəstəyi ilə Daşkəsəndəki Cümə məscidində, Xəzər rayonu, Binə qəsəbəsindəki Möhsün Səlim və İmam Rza məscidlərində, Mərdəkan qəsəbəsindəki Pirhəsən ziyarətgahı və Heydər məscidində, Buzovna qəsəbəsindəki Cümə məscidində, Gəncə şəhərindəki Şah Abbas və Həzrət Zeynəb məscidlərində yenidənqurma və əsaslı təmir-bərpa işləri görülmüşdür. Fondun dəstəyi ilə bərpa olunan İmam Hüseyn məscidinin istifadəyə verilməsi də milli-mənəvi dəyərlərin qorunması istiqamətində həyata keçirilən tədbirlərdəndir. Fondun həyata keçirdiyi, xalqlar arasında humanizm, həmrəylik və dözümlülük kimi bəşəri dəyərlərin bərqərar olmasına xidmət göstərən layihələr təkcə ölkə daxilində deyil, onun hüdudlarından kənarda da böyük əks-səda doğurur.

Yaxşı məlumdur ki, Heydər Əliyev Fondunun başlıca məramlarından biri Ulu Öndərin mənəvi irsinin, ideyalarının öyrənilməsi və təbliğidir. Bu məqsəd həm də Heydər Əliyev Fondunun mədəniyyət diplomatiyası sahəsindəki novatorluğu kimi qiymətləndirilə bilər: fond xalqın mədəni və mənəvi dəyərlərini özündə təcəssüm etdirən bir şəxsiyyəti təbliğ etməklə, əslində bütünlükdə Azərbaycan xalqının dəyərlərini təbliğ edir. Heydər Əliyev elə bir lider olub ki, Azərbaycan xalqının bütün mədəni dəyərlərini öz şəxsiyyətində və fəaliyyətində əks etdirib. Heydər Əliyev şəxsiyyətini təbliğ etmək, eyni dərəcədə, Azərbaycan mədəniyyətini təbliğ etmək, onu dünyada tanıtdırmaq və beləliklə, xalqın öz liderinə olan rəğbət və ehtiramından ölkənin dünya birliyinə inteqrasiyasında və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında bəhrələnmək deməkdir.

Mübaliğəsiz demək olar ki, Heydər Əliyev Fondu Azərbaycanda mədəniyyət diplomatiyasını mütəşəkkil, sistemli, təşkilatlanmış, müasir dövrün çağırışlarına uyğun, ən əsası qlobal miqyasda həyata keçirən ilk ictimai təşkilatdır. Qısa müddət ərzində mədəniyyət diplomatiyasına və mədəniyyətlərarası dialoqa töhfələr verən fond Qafqazdakeçmiş sovet məkanında analoqu olmayan multikultural layihələri ilə dünyada tanınmışdır. Heydər Əliyev Fondu mədəniyyət diplomatiyasını Azərbaycan mədəniyyətinin geniş təbliği, ölkəmizin beynəlxalq nüfuzunun artırılmasına yardım göstərilməsi, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, xarici ölkələrin təhsil müəssisələri, QHT-ləri, digər fond və təşkilatları ilə əməkdaşlığın inkişafı, beynəlxalq konfranslar və seminarların təşkili, elmi və təhsil mübadilələrinin reallaşdırılması və digər bu kimi səmərəli yollarla həyata keçirir.

Son illərdə Bakıda keçirilmiş Bakı Beynəlxalq Humanitar forumları müxtəlif ölkələrin dövlət siyasətində multikulturalizmin mövqe və imkanlarının bir daha təhlilinə, etnik və mədəni özünüdərk arasında azad seçimin təmin olunmasına, azadlıq, bərabərlik və dözümlülük kimi təməl dəyərlərin cəmiyyətdə bərqərar olmasına yönələn qlobalmiqyaslı tədbirlər olaraq, dünyanın ən yeni tarixinə əhəmiyyətli hadisə kimi daxil olmuşdur. Bütün bu nailiyyətlərin əldə olunmasında, bəşəriyyət üçün müstəsna əhəmiyyət kəsb edən bu cür təşəbbüslərin irəli sürülməsi və uğurla reallaşmasında, şübhəsiz ki, Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, Mehriban xanım Əliyevanın da müstəsna xidmətləri var.

Azərbaycan mədəniyyətinin, incəsənətinin, musiqisinin, ümumiyyətlə, milli-mənəvi dəyərlərimizin dünya miqyasında təbliğ edilməsi Mehriban xanım Əliyevanın dövlətimiz və xalqımız qarşısında gördüyü misilsiz xidmətlərin tərkib hissəsidir. Xüsusi olaraq vurğulamaq lazımdır ki, Azərbaycan mədəniyyətinin dünyada təbliğində, eləcə də mədəniyyətlərarası dialoqun genişləndirilməsində Heydər Əliyev Fondunun BMT-nin ən mötəbər qurumlarından olan UNESKO ilə əlaqələri xüsusi yer tutur. Mehriban xanım Əliyevanın UNESKO ilə əməkdaşlıq çərçivəsindəki fəaliyyəti müxtəlif ölkələrlə mədəni əlaqələrin gücləndirilməsi, sivilizasiyalararası dialoqun genişləndirilməsi yönündə mühüm nailiyyətdir.

Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondu irimiqyaslı, möhtəşəm layihələri ilə Azərbaycanın dünya miqyasında multikultural, tolerant ölkəyə çevrilməsinə də güclü dəstək olub. Prezident İlham Əliyev də fondun fəaliyyətini yüksək qiymətləndirərək qeyd edib: "Mehriban Əliyevanın rəhbərliyi ilə fond nəinki Azərbaycanda, eyni zamanda regionda görülən işlərin həcminə görə ən böyük ictimai təşkilata çevrilmişdir”. Doğrudan da faktlar göstərir ki, milli mədəniyyətin inkişafına, başqa xalqların mədəniyyətinin qorunmasına və mədəniyyətlərarası əlaqələrin inkişafına böyük töhfələr verən Mehriban xanım həm də yüksək səviyyədə sivilizasiyalar və dinlərarası dialoqun reallaşması üçün böyük əmək sərf edir. O, sülh və tolerantlığın yayılması, bütün dünyada humanist dəyərlərin bərqərar olması üçün müntəzəm tədbirlər həyata keçirir.

Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin də beynəlxalq aləmə çatdırılması üçün bütün mövcud imkanlardan istifadə edir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, təcavüzkarın ifşası baxımından Heydər Əliyev Fondunun müxtəlif dillərdə nəşr etdirdiyi kitablar, ingilis, fransız, ərəb, almanrus dillərində "Qarabağ həqiqətləri” adlı bukletlər fondun bu sahədəki fəaliyyətinin sübutudur.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva sosial, humanitar, mədəni sahələrdəki işləri ilə yanaşı, ictimai-siyasi fəaliyyəti ilə də nümunə təşkil edir. Eyni zamanda Mehriban Əliyeva sosial tədbirlərin həyata keçirilməsində müstəsna rol oynayır, sosial qayğıya ehtiyacı olan insanlarla görüşməyə, onların ehtiyaclarının və problemlərinin həllinə çalışır. Azərbaycan Prezidenti İlham Əliyevin daxili siyasətində sosial siyasət, əhalinin, xüsusən də müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin, qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunmaları həmişə prioritet təşkil etməsidir ki, Birinci vitse-prezident Mehriban Əliyeva bu işdə dövlət başçısına dəstək olaraq Heydər Əliyev Fondunun prezidenti kimi bu məsələlərin həllini daim fəaliyyətinin əsas istiqaməti kimi təsbit edir.

Ümumiyyətlə, son illər sivilizasiyalararası dialoq mövzusu ilə bağlı beynəlxalq məkanda aparılan fəal diskussiyalar, müxtəlif ölkələrdə keçirilən beynəlxalq konfranslar, simpoziumlar XXI əsrdə sivilizasiyalararası dialoq ideyasının nə qədər mühüm aktuallıq kəsb etməsindən xəbər verir. Bu məsələ BMT, UNESKO, digər beynəlxalq təşkilatlar və bir çox dövlət başçıları tərəfindən də dəfələrlə gündəmə gətirilmiş, qlobal problemlərin bütün dünya xalqlarının birgə səyləri ilə həll edilməsi zərurəti vurğulanmış, sülh və əmin-amanlıq, mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsi üçün dialoqun qaçılmaz olduğu göstərilmişdir. Lakin ən önəmli məsələ "sivilizasiyalararası” dedikdə, hansı sivilizasiyaların nəzərdə tutulması məsələsidir. Bir çox hallarda söhbət Şərq və Qərb, digər hallarda İslamXristian sivilizasiyalarından gedir. Bu gün qarşıda dayanan ən mühüm məsələ isə bu iki sivilizasiya arasında dialoq mühiti yaratmaqdan, onlara aid ən mütərəqqi dəyərlərin qarşılıqlı mübadiləsini təmin etməkdən ibarətdir.

Son vaxtlaradək Azərbaycanın coğrafi mövqeyi, qədim İpək yolunun bərpasında oynaya biləcək strateji rol, beynəlxalq neft-qaz kəmərlərinin və dəmir yollarının Azərbaycandan keçməsi və s. bu kimi amillərə istinadla belə bir fikir səslənirdi ki, ölkəmiz Şərq ilə Qərb arasında körpüdür. Lakin Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, indi Azərbaycanın iqtisadiyyatı və elmi-mədəni potensialı elə bir səviyyəyə çatmışdır ki, biz, sadəcə olaraq, iki sivilizasiya arasında körpü rolunu oynamırıq; biz bu sivilizasiyaların hər ikisinin daşıyıcısı olmaqla onların vəhdətini təcəssüm etdiririk. Son illərdə qazanılmış böyük iqtisadi nailiyyətlər Azərbaycana özünün beynəlxalq mövqeyini möhkəmləndirmək, Şərq ilə Qərb arasında tutduğu əlverişli coğrafi vəziyyətdən daha optimal surətdə istifadə etmək imkanı vermişdir. Azərbaycan Prezidentinin və ölkənin birinci xanımının məqsədyönlü fəaliyyəti əsasında respublikamız sivilizasiyalararası dialoq təşəbbüslərinin mərkəzinə çevrilmişdir.

Ölkədə tolerantlıq düşüncəsinin inkişafında da fondun xidmətlərini xüsusi vurğulamaq lazımdır. Fondun prezidenti, UNESKO və İSESCO-nun xoşməramlı səfiri, Azərbaycanın Birinci vitse - prezidenti Mehriban xanım Əliyevanın vətənpərvər fəaliyyəti nəticəsində Azərbaycanın mənəvi inciləri bir-birinin ardınca Ümumdünya qeyri-maddi mədəni irs siyahısına salınmış, ölkəmiz, sözün əsl mənasında, fərqli sivilizasiyaların və mədəniyyətlərin dialoquortaq məxrəc axtardığı məkana çevrilmişdir. Azərbaycanda humanizm və tolerantlığın simvoluna çevrilmiş Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva azərbaycançılıq məfkurəsinin təbliğinə, habelə ölkədə sosial rifahın yüksəldilməsinə, elm, təhsil, mədəniyyət, idman sahələrinin inkişafına da əhəmiyyətli töhfə verir, məhz onun təşəbbüsü ilə keçirilən çoxsaylı layihələr milli dəyərlərin qorunmasına və bu dəyərlərin ictimai şüurda möhkəmlənməsinə xidmət edir.

Mehriban Əliyeva öz fəaliyyəti ilə həm də mədəniyyətlər və sivilizasiyalararası dialoqa necə nail olmağın yolunu göstərir. Məlumdur ki, maddi mədəniyyətin, elmin, texnologiyanın, iqtisadiyyatın, fiziki sağlamlığın, idmanın prioritetliyinə əsaslanan Qərb sivilizasiyası və mənəvi mədəniyyətin, əxlaqın, dini dəyərlərin prioritetliyinə əsaslanan Şərq sivilizasiyası ancaq bir-birini qarşılıqlı surətdə tamamladıqda onun kamil insanın formalaşmasındakı rolu haqqında söhbət açmaq olar.

Siyasiiqtisadi kursun prioritetliyini önə çəkən, ölkənin davamlı inkişafını təmin etmək üçün möhkəm iqtisadi baza yaradan Prezident İlham Əliyevin quruculuq fəaliyyəti ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mədəni-mənəvi dəyərlərimizin qorunub saxlanılması, inkişaf etdirilməsi və dünya ictimaiyyətinə çatdırılması sahəsində gördüyü böyük işlərlə tamamlanır ki, bütün bunlar da Azərbaycanın hərtərəfli və ahəngdar tərəqqisinə xidmət edir.

 

Mübariz QURBANLI,

Azərbaycan Respublikası Dini Qurumlarla

İş üzrə Dövlət Komitəsinin sədri, YAP İcra katibinin müavini

 

Azərbaycan.- 2020.-21 fevral.- S.1; 5.