2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan
Respublikasının Milli Məclisinə
seçkilərdə Mərkəzi Seçki
Komissiyasına daxil olmuş
18 fevral 2020-ci il tarixli 286 saylı müraciətə
baxılması barədə Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının Qərarı
Qərar ¹ 28/309
2020-ci
il fevralın 9-da keçirilmiş Azərbaycan
Respublikasının Milli Məclisinə seçkilərdə
99 saylı Şəmkir kənd seçki dairəsi üzrə
qeydə alınmış namizəd Zeynalov Tural Allahverdi
oğlu və digərləri 2020-ci il fevralın 18-də Mərkəzi
Seçki Komissiyasına yazılı müraciət edərək
səsvermə günü həmin seçki dairəsinin
seçki məntəqələrində qanun
pozuntularının olduğunu iddia edərək müvafiq tədbir
görülməsini xahiş etmişdir.
Müraciət
Azərbaycan Respublikası Seçki Məcəlləsinin
112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyasına və
dairə seçki komissiyalarına seçki
hüquqlarının pozulması ilə əlaqədar
şikayət və müraciətlərin verilməsi və
onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə
uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının nəzdində ekspert qrupunun
üzvü tərəfindən nəzərdən
keçirilmiş, müraciətin aidiyyət
qaydalarının pozulması ilə daxil olduğu müəyyən
edilərək bu barədə müvafiq rəy verilmiş və
komissiyanın iclasında baxılmışdır.
Seçki
Məcəlləsinin tələbinə görə iddia olunan
qanun pozuntuları ilə bağlı müraciətlər
ilkin olaraq dairə seçki komissiyasına verilməlidir və
həmin müraciət üzrə dairə seçki
komissiyasının qəbul etdiyi qərardan, hərəkətdən
(hərəkətsizlikdən) Mərkəzi Seçki
Komissiyasına şikayət verilə bilər.
Seçki
Məcəlləsinin 112-1.12-ci maddəsinə görə
müraciət aidiyyət qaydalarının pozulması ilə
daxil olmuşdursa, onda həmin müraciətin aidiyyəti
üzrə göndərilməsinə dair qərar qəbul
edilməlidir.
Yuxarıda
göstərilənləri əsas götürərək, Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan
Respublikası Seçki Məcəlləsinin 19.4-cü,
28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyasına və
dairə seçki komissiyalarına seçki
hüquqlarının pozulması ilə əlaqədar
şikayət və müraciətlərin verilməsi və
onlara baxılması qaydaları haqqında Təlimat”ın
4-cü hissəsinə əsasən qərara alır:
1. 99
saylı Şəmkir kənd seçki dairəsi üzrə
qeydə alınmış namizəd Zeynalov Tural Allahverdi
oğlunun və digərlərinin Mərkəzi Seçki
Komissiyasına daxil olmuş 18 fevral 2020-ci il tarixli 286 saylı
müraciəti araşdırılması üçün
aidiyyəti üzrə həmin seçki dairəsinin dairə
seçki komissiyasına göndərilsin.
2. Bu
Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir
Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
20.02.2020
Azərbaycan.-2020.- 21 fevral.- S.8.