2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan
Respublikasının Milli Məclisinə
seçkilərdə Mərkəzi Seçki
Komissiyasına daxil olmuş
17 fevral 2020-ci il tarixli 258 saylı müraciətə
baxılması barədə Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının Qərarı
Qərar ¹ 28/312
2020-ci
il fevralın 9-da keçirilmiş Azərbaycan
Respublikasının Milli Məclisinə (Milli Məclis)
seçkilərdə 40 saylı Kəpəz ikinci (Gəncə)
seçki dairəsi üzrə qeydə alınmış
namizədlər Zeynalova Sitarə Mehdi qızı və Səfərov
Ramil Mürşüd oğlu 2020-ci il fevralın 17-də Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi
Seçki Komissiyası) yazılı müraciət edərək
həmin seçki dairəsi dairə seçki
komissiyasının 15 fevral 2020-ci il tarixli 15/41 saylı qərarını
mübahisələndirmiş, seçki dairəsi üzrə
səsvermənin keçirilməsi və səsvermənin nəticələrinin
müəyyənləşdirilməsi zamanı yol verilən
qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə
imkan vermədiyi üçün adı çəkilən
seçki dairəsi üzrə seçkilərin nəticələrinin
etibarsız sayılmasını xahiş etmişdir.
Şikayət
Azərbaycan Respublikası Seçki Məcəlləsinin
112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyasına və
dairə seçki komissiyalarına seçki
hüquqlarının pozulması ilə əlaqədar
şikayət və müraciətlərin verilməsi və
onlara baxılması qaydaları haqqında Təlimat”a
uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində
ekspert qrupunun üzvü tərəfindən icraata qəbul
edilmiş, araşdırılaraq bu barədə rəy
verilmiş və Komissiyanın iclasında
baxılmışdır.
Qeydə
alınmış namizədlər S.M.Zeynalova və R.M.Səfərov
müraciətlərində 40 saylı Kəpəz ikinci (Gəncə)
seçki dairəsinin, məntəqələrin səsvermə
gününə hazırlıqla bağlı düzgün təşkil
edilmədiyini, müşahidəçilərin
hüquqlarının pozulduğunu, adları seçici
siyahılarında olmayan seçicilərin səs verdiyini, bir
şəxsin bir neçə dəfə səs verməsinə
şərait yaradıldığını, seçki
bülletenlərinin topa şəkildə seçki
qutularına atıldığını, səsvermənin nəticələri
haqqında protokolların tərtib edilməsi zamanı qanun
pozuntularına yol verildiyini, protokolların surətlərinin əksər
seçki məntəqələrində müşahidəçilərə
verilmədiyini iddia edərək dairə seçki
komissiyasının 14 fevral 2020-ci il tarixli 15/41 saylı qərarının
və səsvermənin nəticələrinin ləğv edilməsini
xahiş etmişdir. Ərizəçilər
müraciətə mübahisələndirilən seçki məntəqələri üzrə
səsvermənin nəticələrinə dair
2 elektron məlumat
daşıyıcısı və 6 aktın kserosurətini əlavə
etmişlər.
Namizədlər
S.M.Zeynalova və R.M.Səfərov müraciətlərini
onunla əsaslandırırlar ki, yuxarıda qeyd olunanlarla əlaqədar
40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsinin
dairə seçki komissiyasına müraciət etmiş,
şikayət komissiya tərəfindən
araşdırılmış, dairə seçki
komissiyasının müvafiq qərarı ilə onun
müraciəti əsassız hesab edilərək təmin
olunmamışdır.
Araşdırma
prosesində ərizəçilərlə əlaqə
saxlanılmış, araşdırma və iclasda iştirak
etmək, həmçinin digər hüquqlarının
olması izah edilmiş, onların Komissiyanın iclasında
iştirakı təmin edilmişdir.
Həmçinin,
dairə seçki komissiyasının mübahisələndirilən
qərarı və digər sənədlər araşdırma
materiallarına əlavə edilmişdir. 40
saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsinin dairə seçki
komissiyası qərarını onunla əsaslandırmışdır
ki, 1, 3, 4, 5, 6, 8, 11,
12. 14, 18, 19, 24, 25, 28, 29 və 30 saylı seçki
məntəqələrində baş verməsi
ehtimal olunan qanun pozuntuları ilə bağlı iddialar öz təsdiqini
tapmadığından, səsvermənin keçirilməsi və
ya səsvermənin nəticələrinin
hesablanması zamanı həmin seçki
məntəqələri üzrə seçicilərin
iradəsini müəyyənləşdirməyə imkan verməyən qanun
pozuntuları aşkarlanmadığından qeydə
alınmış namizəd S.M.Zeynalovanın müraciəti əsassız
hesab olunaraq təmin
edilməməlidir.
Araşdırma
ilə əlaqədar sosial şəbəkələrdə
yayılan görüntülər, təqdim edilən video
materiallar nəzərdən keçirilərkən səsvermə
prosesində, səslərin hesablanmasında və səsvermənin
nəticələrinə dair protokolların tərtib edilməsində
bu və ya digər şəkildə seçkilərin nəticəsinə
təsir edə biləcək hallar yalnız 8 saylı
seçki məntəqəsində müşahidə
edilmişdir ki, bu da seçicilərin iradəsini müəyyən
etməyə imkan verməyən pozuntu kimi qiymətləndirilməli
və həmin seçki məntəqəsi üzrə səsvermənin
nəticələri etibarsız hesab edilməlidir.
Araşdırma ilə əlaqədar dairə seçki komissiyasından mübahisələndirilən məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair protokolları alınaraq onlara baxış keçirilmişdir. Baxış nəticəsində həmin seçki məntəqələrinin səsvermənin nəticələrinə dair protokollarındakı məlumatlarda uyğunsuzluqlar aşkarlanmamışdır. Araşdırma zamanı bu və ya digər formada seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən pozuntular müəyyən edilməmişdir.
Araşdırma
zamanı adıçəkilən məntəqə
seçki komissiyalarının üzvlərindən, müxtəlif
maraqları təmsil edən müşahidəçilərdən
müvafiq izahatlar alınaraq nəzərdən
keçirilmişdir. Müəyyən edilmişdir ki, qeydə alınmış
namizədlər S.M.Zeynalova və R.M.Səfərovun
müraciətdə iddia etdikləri qanun pozuntuları öz təsdiqini
tapmamış və bu səbəbdən
dairə seçki komissiyası düzgün hüquqi nəticəyə
gəlmişdir.
Göstərilənlərə
əsasən müraciətin qismən təmin edilməsi,
seçki dairəsinin 8 saylı seçki məntəqəsi
üzrə səsvermənin nəticələrinin
etibarsız hesab edilməsi və dairə seçki
komissiyasının qərarının həmin seçki məntəqəsinə
aid hissədə ləğv edilməsi üçün
hüquqi əsaslar yaranmışdır.
Yuxarıda
göstərilənləri əsas götürərək, Mərkəzi
Seçki Komissiyası Seçki Məcəlləsinin
19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və
"Azərbaycan Respublikasının Mərkəzi Seçki
Komissiyasına və dairə seçki komissiyalarına
seçki hüquqlarının pozulması ilə əlaqədar
şikayət və müraciətlərin verilməsi və
onlara baxılması qaydaları haqqında Təlimat”ın
1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən
qərara alır:
1.
2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə
seçkilərdə 40 saylı Kəpəz ikinci (Gəncə)
seçki dairəsi üzrə qeydə alınmış
namizədlər Zeynalova Sitarə Mehdi qızı və Səfərov
Ramil Mürşüd oğlunun Mərkəzi Seçki
Komissiyasına daxil olmuş 17 fevral 2020-ci il tarixli 258 saylı
müraciəti qismən təmin edilsin, 8 saylı seçki məntəqəsi
üzrə səsvermənin nəticələri etibarsız
hesab edilsin.
2.
Dairə seçki komissiyasının 15 fevral 2020-ci il tarixli
15/41 saylı qərarı 8 saylı seçki məntəqəsi
üzrə hissədə ləğv edilsin, digər hissədə
dəyişdirilmədən saxlanılsın.
3. Bu
Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir
Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
20.02.2020
Azərbaycan.-2020.- 21 fevral.- S.8.