2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan
Respublikasının Milli Məclisinə
seçkilərdə Mərkəzi Seçki
Komissiyasına daxil olmuş
17 fevral 2020-ci il tarixli 243 saylı müraciətə
baxılmasına dair Azərbaycan
Respublikası Mərkəzi Seçki
Komissiyasının Qərarı
Qərar ¹ 28/314
2020-ci
il fevralın 9-da keçirilmiş Azərbaycan
Respublikasının Milli Məclisinə (Milli Məclis)
seçkilərdə 10 saylı Binəqədi
üçüncü seçki dairəsi üzrə qeydə
alınmış namizəd İbrahimli Qorxmaz Əbülfəz
oğlu 2020-ci il fevralın 17-də Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi
Seçki Komissiyası) yazılı müraciət edərək
həmin seçki dairəsinin dairə seçki
komissiyasının 15 fevral 2020-ci il tarixli 57/159 saylı qərarını
mübahisələndirmiş və həmin qərarın ləğv
edilməsini xahiş etmişdir.
Müraciət
Azərbaycan Respublikası Seçki Məcəlləsinin
(Seçki Məcəlləsinin) 112-ci, 112-1-ci maddələrinə
və "Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyasına və dairə seçki
komissiyalarına seçki hüquqlarının pozulması ilə
əlaqədar şikayət və müraciətlərin
verilməsi və onlara baxılması qaydaları haqqında
Təlimat”ın tələblərinə uyğun olaraq Mərkəzi
Seçki Komissiyasının nəzdində fəaliyyət
göstərən ekspert qrupunun üzvü tərəfindən
araşdırılaraq rəy verilmiş və komissiyanın
iclasında baxılmışdır.
Ərizəçi
şikayətini onunla əsaslandırmışdır ki, səsvermə
günü seçki məntəqələrində iddia
olunan qanun pozuntuları ilə bağlı 10 saylı Binəqədi
üçüncü seçki dairəsinin dairə
seçki komissiyasına müraciət etmiş, komissiya onun
müraciətinin araşdırılması müddətinin
artırılması barədə əsassız olaraq 2020-ci il
fevralın 15-də 57/159 saylı qərar qəbul etmişdir.
Araşdırma
ilə əlaqədar dairə seçki komissiyasından
müvafiq sənədlər tələb edilərək
alınıb araşdırılmışdır.
Dairə
seçki komissiyası qərarını onunla əsaslandırmışdır
ki, müraciətlə bağlı əlavə
araşdırmanın zəruri olması barədə ekspert
qrupunun üzvü tərəfindən Azərbaycan
Respublikası Seçki Məcəlləsinin 112-ci və
112-1-ci maddələrinə əsasən, "Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyasına və
dairə seçki komissiyalarına seçki
hüquqlarının pozulması ilə əlaqədar
şikayət və müraciətlərin verilməsi və
onlara baxılması qaydaları haqqında Təlimat”ın
7.8-ci bəndinə uyğun olaraq araşdırma müddətinin
uzadılması barədə vəsatət
qaldırmışdır. Vəsatət onunla əsaslandırılmışdır ki, müraciətdə göstərilən
halların tam, hərtərəfli və obyektiv araşdırılması üçün iş
üzrə təqdim olunmuş bütün materialların, o
cümlədən aktların və video
görüntülərin öyrənilməsi məqsədi
ilə araşdırılma müddətinin 3 gün
artırılması zəruridir.
Yuxarıda
göstərilənləri əsas götürərək, Mərkəzi
Seçki Komissiyası Seçki Məcəlləsinin
19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci, 112-1.10-cu maddələrinə
və "Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyasına və dairə seçki
komissiyalarına seçki hüquqlarının pozulması ilə
əlaqədar şikayət və müraciətlərin
verilməsi və onlara baxılması qaydaları haqqında
Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə
əsasən qərara alır:
1. 10
saylı Binəqədi üçüncü seçki dairəsi
üzrə qeydə alınmış namizəd İbrahimli
Qorxmaz Əbülfəz oğlunun Mərkəzi Seçki
Komissiyasına daxil olmuş 17 fevral 2020-ci il tarixli 243 saylı
müraciəti əsassız olduğundan təmin edilməsin,
dairə seçki komissiyasının 15 fevral 2020-ci il tarixli
57/159 saylı qərarı dəyişdirilmədən
saxlanılsın.
2. Bu
Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir
Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
20.02.2020
Azərbaycan.-2020.- 21 fevral.- S.8.