2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan
Respublikasının Milli Məclisinə
seçkilərdə Mərkəzi Seçki
Komissiyasına daxil olmuş
17 fevral 2020-ci il tarixli 251 saylı müraciətə
baxılması barədə Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının Qərarı
Qərar ¹ 28/318
2020-ci
il fevralın 9-da keçirilmiş Azərbaycan
Respublikasının Milli Məclisinə (Milli Məclis)
seçkilərdə 43 saylı Sumqayıt
üçüncü seçki dairəsi üzrə qeydə
alınmış namizəd Aslanov Cavidan Əlislam oğlu
2020-ci il fevralın 17-də Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyasına (Mərkəzi Seçki
Komissiyası) yazılı müraciət etməklə həmin
seçki dairəsi dairə seçki komissiyasının
52/173 saylı qərarını mübahisələndirərək
qeydə alınmış digər namizəd Hacıyev Emin Məcid
oğlunun Rusiya Federasiyası vətəndaşı və bu ölkə
qarşısında öhdəliyinin olub-olmamasının
araşdırılmasını xahiş etmişdir.
Müraciət
Azərbaycan Respublikası Seçki Məcəlləsinin
112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyasına və
dairə seçki komissiyalarına seçki hüquqlarının
pozulması ilə əlaqədar şikayət və
müraciətlərin verilməsi və onlara baxılması
qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi
Seçki Komissiyasının nəzdində ekspert qrupunun
üzvü tərəfindən araşdırılmış,
rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
Qeydə
alınmış namizəd C.Ə.Aslanov müraciətində
2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə
seçkilərdə 43 saylı Sumqayıt
üçüncü seçki dairəsi üzrə qeydə
alınmış namizəd Hacıyev Emin Məcid oğlunun
Rusiya Federasiyasının vətəndaşı və bu
ölkə qarşısında öhdəliyinin
olmasını iddia etmişdir.
Dairə
seçki komissiyasından C.Ə.Aslanovun müraciətinin
araşdırılmasına dair mübahisələndirilən
qərar və digər materiallar alınaraq
araşdırılmışdır.
Dairə
seçki komissiyası qərarını onunla əsaslandırmışdır
ki, qeydə alınmış namizəd E.M.Hacıyevin Rusiya
Federasiyasının vətəndaşı və bu ölkə
qarşısında öhdəliyinin olub-olmamasının
araşdırılması ilə əlaqədar dairə
seçki komissiyası nəzdində yaradılmış
ekspert qrupunun üzvü Azərbaycan Respublikasının
Xarici İşlər Nazirliyinə müraciət etmiş,
iddia edilən bu hal nazirlik tərəfindən təsdiq edilməmişdir.
Araşdırma
ilə əlaqədar E.M.Hacıyevin namizədliyinin qeydə
alınmasına dair dairə seçki komissiyasına təqdim
etdiyi sənədlərə baxış keçirilmiş və
onun öz imzası ilə təsdiq etdiyi öhdəlik ərizəsində
ikili vətəndaşlığının və başqa
dövlət qarşısında öhdəliyinin
olmadığını göstərməsi müəyyən
edilmişdir.
Aparılan
araşdırma nəticəsində müəyyən
edilmişdir ki, 43 saylı Sumqayıt üçüncü
seçki dairəsinin dairə seçki komissiyası qeydə
alınmış namizəd E.M.Hacıyevin ikili vətəndaşlığının,
başqa dövlət qaşısında öhdəliyinin
olmaması ilə bağlı düzgün nəticəyə
gələrək qeydə alınmış namizəd
C.Ə.Aslanovun müraciətinin təmin olunmamasına dair qərar
vermişdir.
Göstərilənlərə
əsasən namizəd C.Ə.Aslanovun müraciətində
qeyd olunanlar təsdiqini tapmadığından müraciətin
təmin edilməsi üçün hüquqi əsaslar
yaranmamışdır.
Yuxarıda
göstərilənləri əsas götürərək, Mərkəzi
Seçki Komissiyası Seçki Məcəlləsinin
19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və
"Azərbaycan Respublikasının Mərkəzi Seçki
Komissiyasına və dairə seçki komissiyalarına
seçki hüquqlarının pozulması ilə əlaqədar
şikayət və müraciətlərin verilməsi və
onlara baxılması qaydaları haqqında Təlimat”ın
1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən
qərara alır:
1.
2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə
seçkilərdə 43 saylı Sumqayıt
üçüncü seçki dairəsi üzrə qeydə
alınmış namizəd Aslanov Cavidan Əlislam oğlunun
17 fevral 2020-ci il tarixli 251 saylı müraciəti əsassız
olduğundan təmin edilməsin.
2. Bu
Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir
Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
20.02.2020
Azərbaycan.-2020.- 21 fevral.- S.9.