2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan
Respublikasının Milli Məclisinə
seçkilərdə Mərkəzi Seçki
Komissiyasına daxil olmuş
17 fevral 2020-ci il tarixli 256 saylı müraciətə
baxılması barədə Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının Qərarı
Qərar ¹ 28/320
2020-ci
il fevralın 9-da keçirilmiş Azərbaycan
Respublikasının Milli Məclisinə (Milli Məclis)
seçkilərdə 72 saylı Yardımlı - Masallı
seçki dairəsi üzrə qeydə alınmış
namizəd Cəfərov Xəqani Vədud oğlu 2020-ci il
fevralın 17-də Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyasına (Mərkəzi Seçki
Komissiyası) yazılı müraciətlə həmin
seçki dairəsi dairə seçki komissiyasının 15
fevral 2020-ci il tarixli 18/54 saylı qərarını mübahisələndirərək,
seçki dairəsinin əhatə etdiyi bəzi seçki məntəqələri
üzrə səsvermənin nəticələrinin
etibarsız hesab olunmasını və seçki dairəsi
üzrə seçkilərin nəticələrinin ləğvi
barədə qərar verilməsini xahiş etmişdir.
Şikayət
Azərbaycan Respublikası Seçki Məcəlləsinin
(Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə
və "Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyasına və dairə seçki
komissiyalarına seçki hüquqlarının pozulması ilə
əlaqədar şikayət və müraciətlərin
verilməsi və onlara baxılması qaydaları haqqında
Təlimat”a uyğun olaraq Mərkəzi Seçki
Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən
icraata qəbul edilmiş, araşdırılaraq bu barədə
rəy verilmiş və Komissiyanın iclasında
baxılmışdır.
Ərizəçi
müraciətində səsvermə günü 72 saylı
Yardımlı - Masallı seçki dairəsinin seçki məntəqələrində
səsvermənin nəticələri haqqında
protokolların tərtib edilməsi zamanı qanun
pozuntularına yol verilməsini bildirmiş, adı seçici
siyahısında olmayan şəxslərin səs verməsi,
eyni şəxsin bir neçə dəfə səs verməsinə
şərait yaradılması, səsvermənin nəticələri
haqqında protokolların verilməməsi, bir şəxsin
bir neçə seçki məntəqəsində səs
verdiyini iddia edərək həmin seçki məntəqələri
üzrə səsvermənin nəticələrinin ləğvini
tələb etmişdir. Müraciətə fotoşəkillər,
səs yazıları və videogörüntülər əlavə
olunmuşdur.
Namizədin
araşdırmada və Mərkəzi Seçki
Komissiyasının iclasında iştirakı təmin
edilmişdir.
Araşdırmanın
nəticəsi olaraq sosial şəbəkələrdə
yayılan görüntülər, təqdim edilən fotoşəkillər
və video materiallar nəzərdən keçirilərkən
səsvermə prosesində, səslərin hesablanmasında və
səsvermənin nəticələrinə dair protokolların
tərtib edilməsində bu və ya digər şəkildə
seçkilərin nəticəsinə təsir edə biləcək
hallar müşahidə edilməmişdir.
Şikayətin
araşdırılması ilə əlaqədar dairə
seçki komissiyasının əhatə etdiyi seçki məntəqələrində
quraşdırılmış veb-kameralarda olan
videoyazılardan istifadə edilmiş, orada olan
görüntülərə baxış keçirilmiş,
müraciətdə və təqdim olunmuş aktlarda iddia
olunan pozuntular öz təsdiqini tapmamışdır.
Dairə seçki komissiyasından mübahisələndirilən məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair protokolları alınaraq baxış keçirilmişdir. Baxış nəticəsində seçki məntəqələrinin səsvermənin nəticələrinə dair protokollarında bu və ya digər formada seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən pozuntular müəyyən edilməmişdir.
X.V.Cəfərovun
müraciətinin təmin edilməməsinə dair 72
saylı Yardımlı - Masallı seçki dairəsi dairə
seçki komissiyasının 15 fevral 2020-ci il tarixli 18/54
saylı qərarı qiymətləndirilərkən müəyyən
edildi ki, müraciətə dairə seçki komissiyası tərəfindən
qanunla nəzərdə tutulan müddətdə və qaydada
baxılmış, düzgün hüquqi nəticəyə gəlinmiş
və müvafiq qərar ərizəçiyə vaxtında təqdim
olunmuşdur.
Beləliklə,
72 saylı Yardımlı - Masallı seçki dairəsinin
dislokasiyasında olan bir sıra seçki məntəqələrində
baş verməsi ehtimal olunan qanun pozuntuları ilə
bağlı iddialar öz təsdiqini tapmadığından, həmçinin
səsvermənin keçirilməsi və ya səsvermənin
nəticələrinin müəyyənləşdirilməsi
zamanı həmin seçki dairəsi üzrə seçicilərin
iradəsini müəyyən etməyə imkan verməyən
qanun pozuntuları olmadığından qeydə
alınmış namizəd X.V.Cəfərovun 17 fevral 2020-ci
il tarixli 256 saylı müraciəti əsassız olduğundan
təmin edilməməli, həmin dairə seçki
komissiyasının 15 fevral 2020-ci il tarixli 18/54 saylı qərarı
dəyişdirilmədən saxlanılmalıdır.
Yuxarıda
göstərilənləri əsas götürərək, Mərkəzi
Seçki Komissiyası Seçki Məcəlləsinin
19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və
"Azərbaycan Respublikasının Mərkəzi Seçki
Komissiyasına və dairə seçki komissiyalarına
seçki hüquqlarının pozulması ilə əlaqədar
şikayət və müraciətlərin verilməsi və
onlara baxılması qaydaları haqqında Təlimat”ın
1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən
qərara alır:
1.
2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə
seçkilərdə 72 saylı Yardımlı - Masallı
seçki dairəsi üzrə qeydə alınmış
namizəd Cəfərov Xəqani Vədud oğlunun 17 fevral
2020-ci il tarixli 256 saylı müraciəti əsassız
olduğundan təmin edilməsin, dairə seçki
komissiyasının 15 fevral 2020-ci il tarixli 18/54 saylı qərarı
dəyişdirilmədən qüvvədə
saxlanılsın.
2. Bu
Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir
Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
20.02.2020
Azərbaycan.-2020.- 21 fevral.- S.9.