2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan
Respublikasının Milli Məclisinə
seçkilərdə Mərkəzi Seçki
Komissiyasına daxil olmuş
19 fevral 2020-ci il tarixli 290 saylı müraciətə
baxılması barədə Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının Qərarı
Qərar ¹ 28/321
2020-ci
il fevralın 9-da keçirilmiş Azərbaycan
Respublikasının Milli Məclisinə (Milli Məclis)
seçkilərdə 54 saylı Şabran - Siyəzən
seçki dairəsi üzrə qeydə alınmış
namizəd Məmmədova Sudabə Əlislam
qızının səlahiyyətli nümayəndəsi Məmmədov
Fərhad Abdul oğlu 2020-ci il fevralın 19-da Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi
Seçki Komissiyası) yazılı müraciət edərək
həmin seçki dairəsinin bir sıra seçki məntəqələrində
səsvermə günü qanun pozuntularına yol verildiyini
iddia etmiş və bu pozuntularının
araşdırılmasını xahiş etmişdir.
Müraciət
Azərbaycan Respublikası Seçki Məcəlləsinin
(Seçki Məcəlləsinin) 112-ci, 112-1-ci maddələrinə
və "Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyasına və dairə seçki
komissiyalarına seçki hüquqlarının pozulması ilə
əlaqədar şikayət və müraciətlərin
verilməsi və onlara baxılması qaydaları haqqında
Təlimat”ın tələblərinə uyğun olaraq Mərkəzi
Seçki Komissiyasının nəzdində ekspert qrupunun
üzvü tərəfindən nəzərdən keçirilərək
rəy verilmiş və komissiyanın iclasında
baxılmışdır.
Daxil
olmuş müraciət nəzərdən keçirilərkən
müəyyən olunmuşdur ki, şikayət seçki
qanunvericiliyində nəzərdə tutulmuş müddət
ötürülməklə verilmiş və bu səbəbdən
də ekspert qrupunun üzvü müraciətin geri
qaytarılması barədə rəy vermişdir.
Seçki
Məcəlləsinin 112.1-ci maddəsinə və yuxarıda
göstərilən Təlimatın 4.1.2-ci yarımbəndinə
əsasən, seçki subyektləri vətəndaşların
seçki hüquqlarını pozan qərar və hərəkətlərdən
(hərəkətsizlikdən) həmin qərarın dərc
edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin)
baş verdiyi gündən və ya maraqlı şəxsin bu
haqda məlumat aldığı gündən başlayaraq 3
gün müddətində şikayət edə bilər.
Seçki Məcəlləsinin 112-1. 14.1-ci maddəsinə və
müvafiq Təlimatın 7.10.2-ci
yarımbəndinə əsasən şikayət qanunla müəyyən olunmuş
qaydada və müddətdə, yəni qərardan,
hərəkətin (hərəkətsizliyin) baş
verməsindən və ya maraqlı tərəfin
xəbərdar olmasından sonra 3 gün ərzində daxil
olmalıdır.
Yuxarıda
göstərilənləri əsas götürərək, Mərkəzi
Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin
19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və
"Azərbaycan Respublikasının Mərkəzi Seçki
Komissiyasına və dairə seçki komissiyalarına
seçki hüquqlarının pozulması ilə əlaqədar
şikayət və müraciətlərin verilməsi və
onlara baxılması qaydaları haqqında Təlimat”ın
4.1.2-ci və 7.10.2-ci yarımbəndlərinə əsasən
qərara alır:
1.
2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə
seçkilərdə 54 saylı Şabran - Siyəzən
seçki dairəsi üzrə qeydə alınmış
namizəd Məmmədova Sudabə Əlislam
qızının səlahiyyətli nümayəndəsi Məmmədov
Fərhad Abdul oğlunun Mərkəzi Seçki
Komissiyasına daxil olmuş 19 fevral 2020-ci il tarixli 290 saylı
müraciəti qanunvericiliklə müəyyən olunmuş
şikayətvermə müddəti ötürülməklə
verildiyindən şikayət etmiş şəxsə geri
göndərilsin.
2. Bu
Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
20.02.2020
Azərbaycan.-2020.- 21 fevral.- S.9.