2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan
Respublikasının Milli Məclisinə
seçkilərdə Mərkəzi Seçki
Komissiyasına daxil olmuş
17 fevral 2020-ci il tarixli 254 saylı müraciətə
baxılması barədə Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının Qərarı
Qərar ¹ 28/322
2020-ci
il fevralın 9-da keçirilmiş Azərbaycan
Respublikasının Milli Məclisinə (Milli Məclis)
seçkilərdə 8 saylı Binəqədi birinci
seçki dairəsi üzrə qeydə alınmış
namizəd İbrahimov Ağasif Şakir oğlu 2020-ci il
fevralın 17-də Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyasına (Mərkəzi Seçki
Komissiyası) yazılı müraciət edərək həmin
seçki dairəsinin bir sıra seçki məntəqələrində
səsvermə günü baş vermiş qanun
pozuntularının araşdırılmasına dair dairə
seçki komissiyasının 16 fevral 2020-ci il tarixli 22/2 saylı
qərarını mübahisələndirmiş, müvafiq qərar
qəbul edilməsi yolu ilə pozulmuş
hüquqlarının bərpa olunmasını xahiş
etmişdir.
Müraciət
Azərbaycan Respublikası Seçki Məcəlləsinin
112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyasına və
dairə seçki komissiyalarına seçki
hüquqlarının pozulması ilə əlaqədar
şikayət və müraciətlərin verilməsi və
onlara baxılması qaydaları haqqında Təlimat”a
uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində
ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq
rəy verilmiş və Komissiyanın iclasında
baxılmışdır.
Namizəd
A.Ş.İbrahimov müraciətində iddia etmişdir ki,
2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə
seçkilərdə 8 saylı Binəqədi birinci
seçki dairəsinin 2, 6, 8, 17, 19, 20, 21, 24, 29, 32, 33, 37 və
39 saylı seçki məntəqələrində
müşahidəçilərə müşahidənin
aparılmasına şərait yaradılmamış, 2 ədəd
səsvermə bülleteninin yuxarı sol küncləri əvvəlcədən
kəsilmiş, səsvermədə iştirak edən
seçicilərin sayının az olmasına baxmayaraq, məntəqə
seçki komissiyaları tərəfindən bu say süni
şəkildə artırılmış, seçici
siyahısında bir seçici digərinin əvəzinə
imza atmış, səsvermənin nəticələri
haqqında protokol seçki məntəqəsində tərtib
edilməmiş və protokolun surətinin bir nüsxəsi ona
verilməmiş və digər qanun pozuntularına yol
verilmişdir. Ərizəçi tərəfindən
müraciətə DVD disk əlavə olunmuşdur.
Yuxarıda
qeyd olunanlarla əlaqədar namizəd A.Ş.İbrahimov 8
saylı Binəqədi birinci seçki dairəsi dairə
seçki komissiyasına müraciət etmiş, komissiya tərəfindən
şikayət araşdırılmış, həmin dairə
seçki komissiyasının yuxarıda gostərilən
müvafiq qərarı ilə müraciət əsassız
hesab edilərək təmin olunmamışdır.
Araşdırma
prosesində şikayətçi ilə əlaqə
saxlanılmış, ona hər hansı sənəd və
materiallar təqdim etmək, araşdırma və iclasda
iştirak etmək, həmçinin digər
hüquqlarının olması izah edilmiş, lakin o,
Komissiyanın iclasında iştirak etməmişdir.
Dairə
seçki komissiyasının mübahisələndirilən qərarı
və digər sənədlər araşdırma
materiallarına əlavə edilmişdir.
8
saylı Binəqədi birinci seçki dairəsinin dairə
seçki komissiyası qeyd edilən qərarını onunla əsaslandırmışdır
ki, araşdırma ilə seçki məntəqələrində
baş verməsi ehtimal olunan qanun pozuntuları təsdiqini
tapmadığından və səsvermənin keçirilməsi
və ya səsvermənin nəticələrinin hesablanması
zamanı həmin seçki məntəqələri üzrə
seçicilərin iradəsini müəyyənləşdirməyə
imkan verməyən qanun pozuntuları müəyyən
olunmadığından qeydə alınmış namizəd
A.Ş.İbrahimovun müraciəti əsassız olduğundan
təmin edilməməlidir.
Araşdırma
zamanı müəyyən edilmişdir ki, səsvermə
günü seçki dairəsinin 2, 6, 8, 17, 19, 20, 21, 29, 32,
33, 37 və 39 saylı seçki məntəqələrində
baş verməsi iddia edilən qanun pozuntuları təsdiqini
tapmamış, seçicilər sərbəst şəkildə
səs verərək öz iradələrini ifadə etmiş,
məntəqə seçki komissiyalarının səsvermənin
nəticələrinə dair protokolu Seçki Məcəlləsinin
tələblərinə uyğun olaraq tərtib olunmuş və
bu baxımdan dairə seçki komissiyası düzgün nəticəyə
gəlmişdir.
Belə
ki, seçki dairəsinin 24 saylı seçki məntəqəsi
istisna olmaqla, digər seçki məntəqələrində
səsvermə günü baş verməsi iddia edilən qanun
pozuntuları öz təsdiqini tapmamış və bu hal
ayrı-ayrı seçki məntəqələri üzrə
səslərin sayılmasını müşahidə
etmiş müxtəlif maraqları təmsil edən
müşahidəçilər T.N.Məmmədov, V.D.Salahov,
N.Qasımova, S.M.Hacıyev, S.Əliyeva, T.M.Salbalıyev, A.Məmmədov,
S.İ.Aşibova, X.O.Əliquliyeva, C.Ş.Süleymanova,
S.C.Əhmədova, M.S.Səttərzadə, A.Ə.Abasova,
K.A.Muradova, Ş.G.Zeynalova, Ü.Q.Xaləddin, M.S.Hüseynov,
Ş.H.Validov, N.Z.Hacıyev, İ.Q.Yusifova, F.İ.Novruzova,
Ə.S.Həmzəyeva, Ş.H.İsrafilova, L.Q.Azadova,
A.Ə.Allahverdiyeva, F.S.Lətifova, R.İ.Mehdiyeva,
A.İ.Hüseynov, F.İ.Novruzova, G.İ.Səfərova, G.N.Həmidova,
S.M.Ağayeva, S.M.Nəzərova, V.Ə.Məcidova, K.V.Məlikova,
G.A.Qasımova, X.C.Cəlilov, S.A.Məmmədova, S.S.Firudinbəyova,
Q.X.Yusubova, F.C.Vəliyeva, M.A.Ələsgərov, M.M.Məmmədov,
A.S.Hüseynov, R.V.Paşayeva, R.B.Atakişiyev,
D.Əmirhüseynova, R.S.Mustafayeva, G.Ə.Eyvazova, R.M.Sədrəddinova,
T.Məmmədzadə, Ə.A.Həsənova, A.O.Abdullayeva,
S.O.Eyyubova, S.Ə.Eldarova, S.K.Babayeva, Ş.C.Məmmədov,
Q.X.Yusubova, Ə.Y.Zamanlı, İ.Ə.Əhmədova və
Ü.V.Əhmədovanın, 8 saylı məntəqə
seçki komissiyasının sədri V.Z.Xəlilova, katibləri
Q.M.Mürsəlova, V.S.Fətullayeva, üzvləri S.R.Abbasova,
P.T.Ağayeva və E.Q.Kərimovanın, 17 saylı məntəqə
seçki komissiyasının sədri K.Ş.Həsənova,
katibləri S.B.İbrahimova, A.H.Məmmədova, üzvləri
Z.R.Abdullayeva, G.İ.Fərzəliyeva və L.N.Bayramovanın,
19 saylı məntəqə seçki komissiyasının sədri
N.Əsədova, katibləri B.Orucov, E.Əliyeva, üzvləri
S.Hacıyeva, M.Hüseynova və A.Şirəliyevanın, 20
saylı məntəqə seçki komissiyasının sədri
Ş.Y.Şükürova, katibləri K.Y.Abbasova, G.A.Qurbanova,
üzvləri E.U.Xudiyev və Ş.Ə.Abasovun, 21 saylı məntəqə
seçki komissiyasının sədri M.H.İsmayılov,
katibləri Ş.S.Bayramova, Q.A.Hüseynzadə, üzvləri
V.Q.Verdixanov, G.Nəzərəliyeva və S.İsgəndərovanın,
32 saylı məntəqə seçki komissiyasının sədri
Ş.Zeynalova, katibləri M.Həsənli, Ş.Əliyeva,
üzvləri X.Nəcəfova, Y.Qasımova və
A.Kamilovanın, 33 saylı məntəqə seçki
komissiyasının sədri T.T.Musayev, katibləri M.X.Rüstəmxanlı,
Z.D.Kazımova, üzvləri G.B.Təhməzova, S.H.Mahmudova və
Ə.Z.Əliyevin, 37 saylı məntəqə seçki
komissiyasının sədri T.B.Zülfiyev, katibləri
S.Ə.Hətəmova, G.N.Həsənova, üzvləri
S.İ.Vəliyev, S.Ç.Qafarova və E.Ə.Həbibovanın,
T.A.Əhməd, Z.Y.Quliyev, A.Ə.Ələkbərova,
V.R.Şəmiyeva, N.N.Əkbərova, N.F.Həsənova,
A.M.Allahverdiyev, A.R.Bayramova, 39 saylı məntəqə
seçki komissiyasının sədri S.Ə.Əhmədova,
katibləri L.Y.Şükürova, N.V.Salayeva, üzvləri
T.A.Əliyev, D.C.Mirzəyev, T.R.Abdullazadə, M.E.Bayramov, S.Z.Vəlizadə,
M.M.Sarıxanlı, M.R.Rüstəmov və Y.Q.Mahmudovun, qeydə
alınmış namizədlər C.B.Bayramov və
R.X.İmanovun, vəkil edilmiş şəxslər S.H.Həsənov,
A.R.Orucov, R.G.Məmmədova və S.M.Cəfərovanın
verdikləri izahatlarla, həmçinin tərtib edilmiş
aktlarla təsdiq olunur.
Həmçinin,
verilmiş izahatlar, aktlar və əlavə edilmiş digər
sənədlərdən görünür ki, səsvermə
günü bir çox seçki məntəqələrində
müvafiq müşahidəçilər tərəfindən
seçki qanunvericiliyinin tələblərinə əməl
olunmaqla müşahidə aparılmış, Seçki Məcəlləsinin
41-ci maddəsi ilə müəyyən edilmiş
müşahidənin aparılması prinsiplərinə əməl
olunmuşdur.
Sosial
şəbəkələr vasitəsilə paylaşılan və
şikayətçinin araşdırmaya təqdim etdyi
videogörüntülər araşdırılarkən, həmçinin
dairə seçki komissiyasından təqdim edilmiş
seçici siyahısına baxış keçirilərkən
müəyyən edilmişdir ki, 24 saylı seçki məntəqəsi
üzrə seçki qanunvericiliyinin tələblərinin
pozulması halı təsdiqini tapmış, beləliklə də
8 saylı Binəqədi birinci seçki dairəsinin həmin
seçki məntəqəsi üzrə göstərilən
hal öz təsdiqini tapdığından şikayətin qismən
təmin olunması üçün hüquqi əsaslar
yaranmışdır.
Göstərilənlərə
əsasən müraciət qismən təmin edilməli, dairə
seçki komissiyasının mübahisələndirilən qərarı
ləğv olunmalı və seçki dairəsinin 24 saylı
seçki məntəqəsi üzrə səsvermənin nəticələri
etibarsız hesab edilməlidir.
Yuxarıda
göstərilənləri əsas götürərək, Mərkəzi
Seçki Komissiyası Seçki Məcəlləsinin
19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və
"Azərbaycan Respublikasının Mərkəzi Seçki
Komissiyasına və dairə seçki komissiyalarına
seçki hüquqlarının pozulması ilə əlaqədar
şikayət və müraciətlərin verilməsi və
onlara baxılması qaydaları haqqında Təlimat”ın
1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən
qərara alır:
1.
2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə
seçkilərdə 8 saylı Binəqədi birinci
seçki dairəsi üzrə qeydə alınmış
namizəd İbrahimov Ağasif Şakir oğlunun müraciəti
qismən təmin olunsun, həmin seçki dairəsinin 24
saylı seçki məntəqəsi üzrə səsvermənin
nəticələri etibarsız sayılsın.
2.
Dairə seçki komissiyasının 16 fevral 2020-ci il tarixli
22/2 saylı qərarı 24 saylı seçki məntəqəsi
üzrə hissədə ləğv edilsin, digər hissədə
dəyişdirilmədən saxlanılsın.
3. Bu
Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir
Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
20.02.2020
Azərbaycan.-2020.- 21 fevral.- S.9.