2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan
Respublikasının Milli Məclisinə
seçkilərdə Mərkəzi Seçki
Komissiyasına daxil olmuş
17 fevral 2020-ci il tarixli 253 saylı müraciətə
baxılması barədə Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının Qərarı
Qərar ¹ 28/323
2020-ci
il fevralın 9-da keçirilmiş Azərbaycan
Respublikasının Milli Məclisinə (Milli Məclis)
seçkilərdə 11 saylı Qaradağ seçki dairəsi
üzrə qeydə alınmış namizəd Məmmədov
Samir Adil oğlu 2020-ci il fevralın 17-də Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi
Seçki Komissiyası) müraciət edərək həmin
seçki dairəsi dairə seçki komissiyasının hərəkətsizliyini
mübahisələndirmiş, 11 saylı Qaradağ seçki
dairəsini əhatə edən seçki məntəqələrində
səsvermənin nəticələrinin etibarsız hesab
olunmasını xahiş etmişdir.
Şikayət
Azərbaycan Respublikası Seçki Məcəlləsinin
112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyasına və
dairə seçki komissiyalarına seçki
hüquqlarının pozulması ilə əlaqədar
şikayət və müraciətlərin verilməsi və
onlara baxılması qaydaları haqqında Təlimat”a
uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində
ekspert qrupunun üzvü tərəfindən icraata qəbul
edilmiş, araşdırılaraq bu barədə rəy
verilmiş və Komissiyanın iclasında
baxılmışdır.
S.A.Məmmədov
müraciətində iddia etmişdir ki, dairə seçki
komissiyası onun müraciətinə baxmamış və ona
bu barədə cavab verilməmişdir.
Araşdırma
ilə bağlı şikayətçi ilə əlaqə
saxlanılmış, araşdırma və iclasda iştirak
etmək, həmçinin digər hüquqlarının
olması izah edilmişdir.
Araşdırma
ilə əlaqədar dairə seçki komissiyasından
müvafiq sənədlər alınaraq araşdırma
materiallarına əlavə edilmiş və təkrarən
araşdırılmışdır.
Dairə
seçki komissiyasının təqdim etdiyi materiallardan müəyyən
edilmişdir ki, S.A.Məmmədovun eyni mübahisə predmetinə
dair şikayətinə komissiya tərəfindən 13 fevral
2020-ci il tarixli 20/55 saylı qərarla baxılmış, 14
fevral 2020-ci il tarixdə poçt vasitəsi ilə qərarın
surəti ona göndərilmişdir. Bununla
da dairə seçki
komissiyasının hərəkətsizliyi ilə bağlı
mübahisə aradan qalxmış və
şikayətə mahiyyəti üzrə baxılması üçün hüquqi
əsaslar müəyyən edilmişdir.
S.A.Məmmədovun
müraciətinin araşdırılması səsvermə
günü seçki dairəsinin seçki məntəqələri
üzrə sosial şəbəkələrdə yerləşdirilmiş
görüntüləri, məntəqə seçki
komissiyalarının səsvermənin nəticələrinə
dair dairə seçki komissiyalarına təqdim etdikləri
yekun protokolları və namizəd tərəfindən təqdim
olunmuş digər seçki materiallarını əhatə
etmişdir.
Yuxarıda
qeyd olunanlarla əlaqədar namizəd S.A.Məmmədov 11 saylı
Qaradağ seçki dairəsinin dairə seçki
komissiyasına müraciət etmiş, komissiya tərəfindən
şikayət araşdırılmış, həmin dairə
seçki komissiyasının müvafiq qərarı ilə
müraciət əsassız hesab edilərək təmin
olunmamışdır.
11
saylı Qaradağ seçki dairəsinin dairə seçki
komissiyası qeyd edilən qərarını onunla əsaslandırmışdır
ki, araşdırma nəticəsində seçki məntəqələrində
baş verməsi ehtimal olunan qanun pozuntuları təsdiqini
tapmadığından, səsvermənin keçirilməsi və
ya nəticələrinin hesablanması zamanı həmin seçki
məntəqələri üzrə seçicilərin iradəsini
müəyyənləşdirməyə imkan verməyən
qanun pozuntuları müəyyən olunmadığından
qeydə alınmış namizəd S.A.Məmmədovun
müraciəti əsassız hesab edilərək təmin
olunmamalıdır.
Araşdırma
zamanı müəyyən edilmişdir ki, səsvermə
günü bir seçki məntəqəsi istisna olmaqla,
seçki dairəsinin mübahisələndirilən digər
seçki məntəqələrində baş verməsi
iddia edilən qanun pozuntuları təsdiqini tapmamış,
seçicilər sərbəst şəkildə səs verərək
öz iradələrini ifadə etmiş, məntəqə
seçki komissiyalarının səsvermənin nəticələrinə
dair yekun protokolları Seçki Məcəlləsinin tələblərinə
uyğun olaraq tərtib olunmuş və bu baxımdan dairə
seçki komissiyası düzgün nəticəyə gəlmişdir.
Səsvermə
günü seçki məntəqələrində baş
verməsi ehtimal olunan qanun pozuntularının
araşdırılması məqsədi ilə müşahidə
aparmış müxtəlif seçki subyektlərindən
alınmış izahatlarlardan müəyyən edilmişdir
ki, bir seçki məntəqəsi istisna olmaqla, həmin
pozuntuları təsdiq edən hər hansı bir fakt
aşkarlanmamışdır.
Namizəd tərəfindən təqdim
edilmiş elektron məlumat
daşıyıcısında olan
görüntülərin araşdırılması ilə 30
saylı seçki məntəqəsində
seçki bülletenlərinin
sayılması zamanı seçicilərin iradəsini müəyyənləşdirməyə
imkan verməyən pozuntular
aşkarlanmışdır. Bu hal həmin seçki məntəqəsi
üzrə səsvermənin nəticəsinin etibarsız hesab edilməsi üçün
hüquqi əsas yaradır.
Digər
seçki məntəqələri üzrə namizəd tərəfindən
təqdim edilmiş elektron məlumat
daşıyıcısında olan görüntülərin
araşdırılması ilə seçkilərin nəticəsinə
təsir edən və seçicilərin iradəsini ifadə
etməyə imkan verməyən pozuntular müəyyən
edilməmişdir.
Göstərilənlərə
əsasən müraciət qismən təmin edilməli, 30
saylı seçki məntəqəsi üzrə səsvermənin
nəticələri etibarsız hesab edilməlidir.
Yuxarıda
göstərilənləri əsas götürərək, Mərkəzi
Seçki Komissiyası Seçki Məcəlləsinin
19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci, 170-ci maddələrinə və
"Azərbaycan Respublikasının Mərkəzi Seçki
Komissiyasına və dairə seçki komissiyalarına
seçki hüquqlarının pozulması ilə əlaqədar
şikayət və müraciətlərin verilməsi və
onlara baxılması qaydaları haqqında Təlimat”ın
1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən
qərara alır:
1.
2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə
seçkilərdə 11 saylı Qaradağ seçki dairəsi
üzrə qeydə alınmış namizəd Məmmədov
Samir Adil oğlunun müraciəti qismən təmin olunsun, həmin
seçki dairəsinin 30 saylı seçki məntəqəsi
üzrə səsvermənin nəticələri etibarsız
hesab edilsin.
2.
Dairə seçki komissiyasının 13 fevral 2020-ci il tarixli
20/55 saylı qərarı 30 saylı seçki məntəqələri
üzrə hissədə ləğv edilsin, digər hissələrdə
dəyişdirilmədən saxlanılsın.
3. Bu
Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
20.02.2020
Azərbaycan.-2020.- 21 fevral.- S.10.