2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan
Respublikasının Milli Məclisinə
seçkilərdə Mərkəzi Seçki
Komissiyasına daxil olmuş
17 fevral 2020-ci il tarixli 244 saylı müraciətə
baxılması barədə Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının Qərarı
Qərar ¹ 28/324
2020-ci
il fevralın 9-da keçirilmiş Azərbaycan
Respublikasının Milli Məclisinə (Milli Məclis)
seçkilərdə 23 saylı Nəsimi - Səbail
seçki dairəsi üzrə qeydə alınmış
namizəd Vəliyev Toğrul Seyran oğlu 2020-ci il fevralın
17-də Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyasına (Mərkəzi Seçki
Komissiyası) müraciət edərək həmin seçki
dairəsi dairə seçki komissiyasının 14 fevral 2020-ci
il tarixli 11/37 saylı qərarını mübahisələndirmiş,
dairə seçki komissiyasının adı çəkilən
qərarının ləğvini, seçki məntəqələri
üzrə səsvermənin nəticələrinin
etibarsız hesab olunmasını xahiş etmişdir.
Şikayət
Azərbaycan Respublikası Seçki Məcəlləsinin
112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyasına və
dairə seçki komissiyalarına seçki hüquqlarının
pozulması ilə əlaqədar şikayət və
müraciətlərin verilməsi və onlara baxılması
qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi
Seçki Komissiyasının nəzdində ekspert qrupunun
üzvü tərəfindən icraata qəbul edilmiş,
araşdırılaraq bu barədə rəy verilmiş və
Komissiyanın iclasında baxılmışdır.
T.S.Vəliyev
müraciətində iddia etmişdir ki, dairə seçki
komissiyası araşdırma apararkən onun təqdim etdiyi
şikayət üzrə düzgün hüquqi nəticəyə
gəlməmişdir.
Ərizəçi
ilə əlaqə saxlanılmış, araşdırma və
iclasda iştirak etmək, həmçinin digər
hüquqlarının olması izah edilmiş, onun
araşdırma və Komissiyanın iclasında iştirakı
təmin olunmuşdur.
Araşdırma
ilə əlaqədar dairə seçki komissiyasından
müvafiq sənədlər alınaraq araşdırma
materiallarına əlavə edilmiş və təkrarən
araşdırılmışdır.
T.S.Vəliyevin
müraciətinin araşdırılması səsvermə
günü seçki dairəsinin seçki məntəqələri
üzrə sosial şəbəkələrdə yerləşdirilmiş
görüntüləri, məntəqə seçki
komissiyalarının səsvermənin nəticələrinə
dair dairə seçki komissiyalarına təqdim etdikləri
yekun protokolları və namizəd tərəfindən təqdim
olunmuş digər seçki materiallarını əhatə
etmişdir.
Yuxarıda
qeyd olunanlarla əlaqədar namizəd T.S.Vəliyev 23 saylı
Nəsimi - Səbail seçki dairəsinin dairə seçki
komissiyasına müraciət etmiş, komissiya tərəfindən
şikayət araşdırılmış, həmin dairə
seçki komissiyasının müvafiq qərarı ilə
müraciət əsassız hesab edilərək təmin
olunmamışdır.
23
saylı Nəsimi - Səbail seçki dairəsinin dairə
seçki komissiyası qeyd edilən qərarını onunla əsaslandırmışdır
ki, araşdırma nəticəsində seçki məntəqələrində
baş verməsi ehtimal olunan qanun pozuntuları təsdiqini
tapmadığından, səsvermənin keçirilməsi və
ya nəticələrinin hesablanması zamanı həmin
seçki məntəqələri üzrə seçicilərin
iradəsini müəyyənləşdirməyə imkan verməyən
qanun pozuntuları aşkarlanmadığından qeydə
alınmış namizəd T.S.Vəliyevin müraciəti əsassız
hesab olunaraq təmin edilməmişdir.
Araşdırma
zamanı müəyyən edilmişdir ki, səsvermə
günü dörd seçki məntəqəsi istisna olmaqla,
seçki dairəsinin mübahisələndirilən digər
seçki məntəqələrində baş verməsi
iddia edilən qanun pozuntuları təsdiqini tapmamış,
seçicilər sərbəst şəkildə səs verərək
öz iradələrini ifadə etmiş, məntəqə
seçki komissiyalarının səsvermənin nəticələrinə
dair yekun protokolları Seçki Məcəlləsinin tələblərinə
uyğun olaraq tərtib olunmuş və bu baxımdan dairə
seçki komissiyası düzgün nəticəyə gəlmişdir.
Səsvermə
günü seçki məntəqələrində baş
verməsi ehtimal olunan qanun pozuntularının
araşdırılması məqsədi ilə müşahidə
aparmış müxtəlif seçki subyektlərindən
alınmış izahatlarlardan müəyyən edilmişdir
ki, dörd seçki məntəqəsi istisna olmaqla, həmin
pozuntuları təsdiq edən hər hansı bir fakt
aşkarlanmamışdır.
Namizəd
tərəfindən təqdim edilmiş elektron məlumat
daşıyıcısında olan görüntülərin
araşdırılması ilə 14 saylı seçki məntəqəsində
seçki bülletenlərinin sayılması zamanı
seçicilərin iradəsini müəyyənləşdirməyə
imkan verməyən pozuntular müəyyən edilmişdir. Bu
hal həmin seçki məntəqəsi üzrə səsvermənin
nəticəsinin etibarsız hesab edilməsi üçün
hüquqi əsas yaradır.
Digər
seçki məntəqələri üzrə namizəd tərəfindən
təqdim edilmiş elektron məlumat
daşıyıcısında olan görüntülərin
araşdırılması ilə seçkilərin nəticəsinə
təsir edən və seçicilərin iradəsini ifadə
etməyə imkan verməyən pozuntular müəyyən
edilməmişdir.
Müvafiq
məntəqə seçki komissiyalarının səsvermənin
nəticələrinə dair yekun protokolları üzrə
araşdırmaya zərurət yarandığından, səsvermə
günü seçki qanunvericiliyinin tələbinə
uyğun olaraq məntəqə seçki komissiyaları tərəfindən
tərtib edilmiş, müşahidəçilərə verilmiş
və şikayətə əlavə olunmuş 11 ədəd
səsvermənin nəticəsinə dair yekun protokolların
nüsxələri ilə məntəqə seçki
komissiyaları tərəfindən dairə seçki
komissiyasına təhvil verilmiş protokolların müqayisəli
araşdırılması aparılarkən 17, 23 və 25
saylı seçki məntəqələrinin məlumatlarında
uyğunsuzluq müəyyən edilmişdir.
Qeyd
olunanlara əsasən, həmin seçki məntəqələri
üzrə də səsvermənin nəticələrinin
etibarsız hesab edilməsi üçün hüquqi əsaslar
yaranmışdır.
Göstərilənlərə
əsasən müraciət qismən təmin edilməli, 14,
17, 23 və 25 saylı seçki məntəqələri
üzrə səsvermənin nəticələri etibarsız
hesab edilməlidir.
Yuxarıda
göstərilənləri əsas götürərək, Mərkəzi
Seçki Komissiyası Seçki Məcəlləsinin
19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci, 170-ci maddələrinə və
"Azərbaycan Respublikasının Mərkəzi Seçki
Komissiyasına və dairə seçki komissiyalarına
seçki hüquqlarının pozulması ilə əlaqədar
şikayət və müraciətlərin verilməsi və
onlara baxılması qaydaları haqqında Təlimat”ın
1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən
qərara alır:
1.
2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə
seçkilərdə 23 saylı Nəsimi - Səbail
seçki dairəsi üzrə qeydə alınmış
namizəd Vəliyev Toğrul Seyran oğlunun müraciəti
qismən təmin olunsun, həmin seçki dairəsinin 14, 17,
23 və 25 saylı seçki məntəqələri üzrə
səsvermənin nəticələri etibarsız hesab edilsin.
2.
Dairə seçki komissiyasının 14 fevral 2020-ci il tarixli
11/37 saylı qərarı 14, 17, 23 və 25 saylı seçki
məntəqələri üzrə hissədə ləğv
edilsin, digər hissədə dəyişdirilmədən
saxlanılsın.
3. Bu
Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir
Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
20.02.2020
Azərbaycan.-2020.- 21 fevral.- S.10.