İndoneziyada Xocalı
soyqırımına həsr olunmuş poçt markaları buraxılıb
Xocalı
soyqırımının 28-ci ildönümü ilə əlaqədar
silsilə tədbirlərin tərkib hissəsi olaraq Azərbaycanın
İndoneziyadakı səfirliyinin təşəbbüsü
ilə "İndoneziya Poçt” dövlət şirkəti
tərəfindən poçt markaları nəşr edilib.
AZƏRTAC
xəbər verir ki, nəşr edilən poçt
markasının üzərində Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyevanın təşəbbüskarı
olduğu "Xocalıya ədalət!” kampaniyasının
loqosu olan badam çiçəyi təsvir olunub və
kampaniyanın veb-ünvanı qeyd edilib.
Kampaniyanın
veb-ünvanının markada qeyd olunması Xocalı
soyqırımı və Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı İndoneziya əhalisi arasında maarifləndirmənin
artırılması məqsədi daşıyır.
"İndoneziya
Poçt” dövlət şirkəti tərəfindən verilən
məlumata əsasən, fevralın ortalarında mərkəzi
və regional poçt şöbələrində dövriyyəyə
buraxılan markaya indoneziyalı filatelistlər tərəfindən
böyük maraq müşahidə olunur.
Azərbaycan.-2020.- 21 fevral.- S.10.