Romada Azərbaycan Mədəniyyət
Mərkəzi üçün nəzərdə
tutulan bina ilə
tanışlıq
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və birinci
xanım Mehriban Əliyeva fevralın 21-də Romada Azərbaycan
Mədəniyyət Mərkəzi üçün nəzərdə
tutulan bina ilə tanış olublar.
AZƏRTAC-ın
xüsusi müxbiri xəbər verir ki, bina ilə
tanışlıq zamanı dövlətimizin
başçısına və birinci xanıma məlumat
verildi ki, burada Azərbaycan Mədəniyyət Mərkəzinin,
həmçinin səfirliyimizin fəaliyyəti
üçün hərtərəfli şəraitin
yaradılması nəzərdə tutulur.
Binada
yüksək səviyyədə təmir-bərpa işlərinin
aparılması planlaşdırılır.
Prezident
İlham Əliyev binanın əsaslı təmir layihəsi və
görüləcək işlərlə bağlı
tapşırıq və tövsiyələrini verdi.
Azərbaycan.-2020.- 22 fevral.- S.5.