İtaliyada Azərbaycan Mədəniyyət
İlinin açılışı
münasibətilə konsert proqramı təqdim
olunub
Fevralın
20-də Romadakı Kuirinale Sarayında "2020-ci il -
İtaliyada Azərbaycan Mədəniyyət İli”nin
açılışı münasibətilə konsert
proqramı təqdim olunub.
AZƏRTAC-ın
xüsusi müxbiri xəbər verir ki, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım
Mehriban Əliyeva, İtaliya Respublikasının Prezidenti Sercio
Mattarella və qızı Laura Mattarella konsert proqramını
dinləyiblər.
Konsertdə
Azərbaycan Dövlət Kamera Orkestri görkəmli Azərbaycan
və İtaliya bəstəkarlarının əsərlərini
ifa edib.
Azərbaycan.-2020.- 22 fevral.- S.3.