Prezident İlham Əliyevin Romada rəsmi yolasalma mərasimi olub
İtaliya Respublikasında dövlət
səfərində olan
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin fevralın 21-də
Romada rəsmi yolasalma mərasimi olub.
AZƏRTAC-ın xüsusi
müxbiri xəbər
verir ki, Romanın Kuirinale Sarayında dövlətimizin
başçısının şərəfinə fəxri
qarovul dəstəsi düzülmüşdü.
Azərbaycanın və İtaliyanın dövlət himnləri səsləndi.
Fəxri
qarovul dəstəsinin
rəisi dövlətimizin
başçısına raport
verdi.
Azərbaycan və İtaliya prezidentləri fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Azərbaycan Prezidenti İlham Əliyevə dövlət
səfərindən çəkilmiş
fotolardan ibarət albom təqdim olundu.
İtaliya Respublikasının Prezidenti
Sercio Mattarella və qızı Laura Mattarella Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı yola saldılar.
Azərbaycan.-2020.-
22 fevral.- S.4.