2020-ci il fevralın 9-da keçirilmiş
Azərbaycan Respublikasının Milli Məclisinə
seçkilərdə Mərkəzi Seçki
Komissiyasına daxil olmuş
18 fevral 2020-ci il tarixli 275 saylı müraciətə
baxılmasına dair Azərbaycan
Respublikası Mərkəzi Seçki
Komissiyasının Qərarı
QƏRAR ¹ 29/325
2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 114 saylı Şəki kənd birinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Məmmədov Osman Abdukərim oğlu 2020-ci il fevralın 18-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək səsvermə günü adıçəkilən seçki dairəsinin bəzi seçki məntəqələrində qanun pozuntularına yol verildiyini iddia etmiş, bu pozuntuların araşdırılmasını və bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən nəzərdən keçirilərək rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.
Daxil olmuş müraciət nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, şikayət seçki qanunvericiliyində nəzərdə tutulmuş müddət ötürülməklə verilmiş və bu səbəbdən də ekspert qrupunun üzvü müraciətin geri qaytarılması barədə rəy vermişdir.
Seçki
Məcəlləsinin 112.1-ci maddəsinə əsasən
seçki subyektləri vətəndaşların seçki
hüquqlarını pozan qərar və hərəkətlərdən
(hərəkətsizlikdən) həmin qərarın dərc
edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin)
baş verdiyi gündən və ya maraqlı şəxsin bu
haqda məlumat aldığı gündən başlayaraq 3
gün müddətində şikayət edə bilər.
Yuxarıda
göstərilənləri əsas götürərək, Mərkəzi
Seçki Komissiyası Seçki Məcəlləsinin
19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və
"Azərbaycan Respublikasının Mərkəzi Seçki
Komissiyasına və dairə seçki komissiyalarına
seçki hüquqlarının pozulması ilə əlaqədar
şikayət və müraciətlərin verilməsi və
onlara baxılması qaydaları haqqında Təlimat”ın
4-cü hissəsinə əsasən qərara alır:
1.
2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə
114 saylı Şəki kənd birinci seçki dairəsi
üzrəqeydə alınmış namizəd Məmmədov
Osman Abdukərim oğlunun Mərkəzi Seçki
Komissiyasına daxil olmuş 18 fevral 2020-ci il tarixli 275 saylı
müraciəti qanunvericiliklə müəyyən olunmuş
şikayətvermə müddəti ötürülməklə
verildiyindən ərizəçiyə geri göndərilsin.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir
Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
21.02.2020-ci il
Azərbaycan.-2020.- 22 fevral.- S.8.